Multikulturalizm Mərkəzində metodik seminar
Beynəlxalq Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda «Multikulturalizmə giriş» və «Azərbaycan multikulturalizmi» fənlərinin tədrisi məsələlərinə həsr olunmuş növbəti metodik seminar keçirilib.
24 Aprel 2017 12:02 SosialBeynəlxalq Multikulturalizm Mərkəzində "Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənlərinin tədrisi məsələlərinə həsr olunmuş növbəti metodik seminar keçirilib.
Mərkəzədən "Olaylar" - a bildirlib ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov tədbiri açaraq öncə Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafı istiqamətində həyata keçirdyi əvəzsiz işlərdən söz açdı.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov "Azərbaycan multikulturalizmi" fənninin hazırda dünyanın 15, ölkəmizin 40 aparıcı universitetində tədris olunduğunu xatırladaraq artıq fənnin tədrisi istiqamətində müsbət təcrübə və nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Müxtəlif universitetlərdə adıçəkilən fənni tədris edən mütəxəssislər - Rəssamlıq Akademiyasından Rima Qafarzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Azad Cəfərov, Bakı Mühəndislər Universitetindən Turac Məmmədova, Azərbaycan Texniki Universitetindən Eyyub Kerimov və Qabil Hüseynli, Azərbaycan Dövlət Pedaqojı Universitetindən Leyli Quliyeva, Polis Akademiyasından Rəhim Məcnunov, Bakı Slavyan Universitetindən Hacı Rauf, Sumqayıt Dövlət Universitetindən Adil Qurbanov, AMEA-nın Fəlsəfə İnstitutundan Elsevər Səmədov və BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasovun da qatıldığı tədbirdə Ulu Öndərin Azərbaycan multikulturalizminin qorunması və inkişafı sahəsində əsasını qoyduğu işlərdən söz açılıb, eləcə də tədrisin keyfiyyətinin daha da artırılması, gələcəkdə layihənin miqyasının daha da genişləndirilməsi perspektivləri nəzərdən keçirilib, irəli sürülən təkliflər müzakirə edilib.