Gündəm
Meksikada dəstələr arasında toqquşmalar: 9 ölü
Meksikada, Miçoakan və Gerrero ştatlarının sərhədində 2 dəstə arasında toqquşmalar baş verib. Toqquşmalar nəticəsində 9 nəfər həlak olub. Məlumatda deyilir ki, hüquq-mühafizə orqanları hadisə yerinə gələrək, orada 9 nəfərin meyitini və 4 güllələnmiş avtomobil aşkar ediblər.
Kıvanç xanımına görə şərt qoydu
Aktyor Kıvanç Tatlıtuğ "Cesur ve Güzel" serialını çəkən şirkətlə müqavilə imzalayarkən bəzi xüsusi şərtlər qoyub. Aktyor özünün və həyat yoldaşı, stilist Başak Dizerin doğum günlərində, evlilik ildönümlərində, eləcə də bəzi özəl günlərdə işləməyəcəyinə dair şərtlər irəli sürüb.
Çin lideri Trampı Şimali Koreya məsələsində təmkinli olmağa çağırdı
Çin Xalq Respublikasının sədri Si Tzinpin ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı Şimali Koreya məsələsini müzakirə edib və vəziyyətin gərginləşməsinə imkan verməmək üçün ABŞ prezidentini təmkinli olmağa çağırıb.
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenidən bağlandı
Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu minik və yük avtomobilləri üçün bağlanıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.
"Barselona" "Real"ın rekordunu qırdı
"Barselona" səfərdə "Real"ın qonağı olub və 3:2 hesablı qələbə qazanıb. Kataloniya klubu primero "El Klasiko"ları tarixində ardıcıl 23-cü oyunda da qol vurmaqla "Real"ın 1969-cu ildəki rekordunu (22) qırıb.
Rüşvətə görə tutulan hakimin sərvəti: 2 milyonluq villa, bahalı maşın...
FETÖ işində həbs edilən iş adamından rüşvət alarkən tutulan hakimin sərvəti təəccübləndirib. Onun 2 milyon lirə dəyərində villası və "Audi Q7" markalı avtomobilinin olduğu bilinib.
"Aldadıldığımı düşündüyüm üçün öldürdüm" - Yazdığı şeirdəki kimi arvadını qətlə yetirən şəxs
Türkiyədə Həyat yoldaşı Burcu Okumuşu 5 bıçaq zərbəsiylə öldürən və sonra özünə xəsarət yetirən Özgür Okumuş xəstəxanadan çıxarılıb. Məhkəməyə gətirilən Okumuş qapıda gözləyən jurnalistlərə "Yaxşı çəkin. Mən də zamanında çəkərdim" ifadələrini işlədib.














