Lənkəranda  IV Beynəlxalq elmi konfrans

Aprelin 23-dən 26-dək Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan "Olaylar" - a bildirlib ki, konfransda dünyanın müxtəlif ölkələrindən (Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya Federasiyası və onun subyektləri - Tatarıstan, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Adıgey, Çeçenistan) 60-a yaxın, Azərbaycan Respublikasından isə 75 nəfər tarixçi-alimin 135 adda məruzəsi dinləniləcək.

Tədbirin açılışı Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31