ABŞ-da 35 yaşlı erməni övladını oğurlamaqda şübhəli bilinərək həbs edildi
24 Aprel 2017 09:55 DünyaABŞ-ın Kaliforniya ştatının Pasadin şəhərinin polisi 5 yaşlı erməni əsilli uşağı axtarır.
Yaxınları 5 yaşlı Aramazd Andreasyanla sonuncu dəfə çərşənbə axşamı "Skype" vasitəsilə danışıblar. Uşağın anası onun itməsi barədə polisə şənbə günü - atası azyaşlını evə qaytarmadıqda məlumat verib.
Cənubi Pasasinin sakini Aramazd Andreasyan (ata) Arroyo qoruğunda huşsuz vəziyyətdə, şəxsi avtomobilinin yanında tapılıb. Lakin azyaşlı atasının yanında tapılmayıb. 35 yaşlı erməni uşağını oğurlamaqda şübhəli bilinərək həbs edilib.
Hazırda polis təlim görmüş itlərlə Arroyo qoruğu ərazisində azyaşlını axtarır. Qeyd edilir ki, 5 yaşlı Aramazdın valideynləri 1 il əvvəl boşanıblar. Onlar övladlarına növbəlilik əsasında baxıblar. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31