Gündəm
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Miqrasiya Xidmətində olub
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Cənubi Qafqaz üzrə regional nümayəndəsi Yohannes van der Klauv ilə görüşüb.
“Bakı Metropoliteni” Fransa şirkəti ilə əməkdaşlıq edir
“Bakı Metropoliteni” QSC ilə Fransanın “Thales” şirkəti arasında imzalanan müqaviləyə əsasən əməkdaşlıq yeni istiqamətlərdə genişləndirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qüqaviləyə əsasən, yeni xətlərin idarə edilməsi sistemlərini quraşdıracaq şirkət “Nərimanov” elektrik deposunda qatar hərəkəti sistemlərinin müasirləşdirilməsində də iştirak edəcək.
Natiq Əliyevin harada dəfn ediləcəyi məlum oldu
Mərhum energetika naziri Natiq Əliyevlə vida mərasimi iyunun 10-da saat 12:00-da Şəhriyar adına Mədəniyyət Sarayında keçiriləcək. Bu barədə Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib. O bildirib ki, mərhum II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Bakı sakinləri hansı ölkəni Azərbaycana düşmən bilir? - SORĞU
Azərbaycanın müstəqillik qazandığı 26 il ərzində respublikamız bütün ölkələrlə dostluq və sülh şəraitində mövcudluğunu sürür. Amma bununla belə ərazilərimizin 20%-in Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox həmvətənimizin qaçqın və məcburi köçkün statusunda yaşaması illərdir davam edir. Bəs Bakı sakinləri hansı ölkəni Azərbaycanın düşməni olaraq görür?
99 milyon illik tapıntı - Daşın içərisindəki quş başı...
Çin, ABŞ və Kanadadan olan bir qrup mütəxəssis kəhrəba daşını araşdırmağa başlayıb. Bu günə qədər müdafiə olunan, içərisində bala bir quş olduğu görülən 99 milyon il yaşı olan maraqlı abidə (skelet) ilk dəfə ictimaiyyət qarşısında nümayiş olunub. 2016-cı ildə Myanmanın qərbində yerləşən daş içərisində olan skeletin yaşını müəyyənləşdirmək üçün mütəxəssislər bir neçə ay vaxt sərf edib.
ABŞ kəşfiyyatının İrana HÜCUM PLANI – Əməliyyata “Qaranlıq şahzadə” başçılıq edəcək
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “Qaranlıq şahzadə” ləqəbi ilə tanınan, bir çox gizli əməliyyatları idarə edən Mikael Dandrea İran əməliyyatlarının rəhbərliyinə gətirilib. Nəşr yazır ki, sərtlik tərəfdarı və aqressiv olan Dandrea “Qaranlıq şahzadə” və “Ayətullah Mike” ləqəbləri ilə tanınır: “Onun CİA-nın İran bölməsinin rəhbərliyinə gətirilməsi Tramp Administrasiyasının İran məsələsində daha sərt addımlar atacağından xəbər verir”.
Musiqili Teatrda “3 gün sizinlə”
Musiqili Teatrı növbəti layihəyə start verib. Teatrın mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları üç gün ard-arda olaraq öz sevimli tamaşaçılarının görüşünə gələcəklər. Bu dəfə isə Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. O, 16 iyun saat 19.00-da E. Sabitoğlu, C. Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, 17 iyun saat 19.00-da Ü. Hacıbəylinin “Ər və arvad” komediyasında Mərcan bəy və R. Mirişli, M. Haqverdiyevin “Amerikalı kürəkən” əsərində isə Orxan obrazını canlandıracaq.
25 illik fəaliyyətin hesabatı
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 37 nömrəli uşaq musiqi məktəbi 25 illik yubileyi ilə əlaqədar hesabat konserti keçirib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin mədəni kütləvi işlər üzrə şöbə müdiri Əfsanə Gülməmmədova, əməkdar artistlər Teyyub Aslanov, Əliağa Sədiyev, İsmayıl Həmidov, Vamiq Məmmədəliyev, Mirnazim Əsədov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
BQXK nümayəndələri Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçıya baş çəkiblər
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin əməkdaşları Qarabağ münaqişəsi nəticəsində burada saxlanılan şəxsə baş çəkib. BQXK-nın BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə bir neçə gün əvvəl gerçəkləşib: “Ona ailə məlumatı almaq və ailəsinə məlumat çatdırmaq imkanı yaradılıb”.
Xaçmazda mənşəyi bilinməyən yarım ton ət aşkarlanıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.
DİN: Hilal Məmmədov ad-soyadlı şəxs polis tərəfindən həbs olunmayıb
Daxili İşlər Nazirliyi (DİN) “Tolışi sedo” qəzetinin baş redaktoru Hilal Məmmədovun saxlanılması ilə bağlı məlumatlara aydınlıq gətirib. DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hər gün müxtəlif məsələlərlə bağlı - cinayətə məruz qalan, cinayət törətməkdə şübhəli bilinən, inzibati qayda pozuntusu törədən, araşdırma tələbə edən və s. səbəblərlə yüzlərlə insan daxili işlər orqanlarına müraciət edir, dəvət olunur və ya saxlanılaraq gətirilir: “Bu, heç də o anlama gəlməməlidir ki, gündə bu qədər insan polis tərəfindən həbs olunur.
Faşist Limonov səngərdən Gülüstana boylanıb: "Bu torpaqlar Rusiyanındır..."
Xəbər verdiyimiz kimi rusiyalı yazıçı, ekstremist-faşist mövqeyi ilə tanınan Eduard Limonov bu günlərdə Azərbaycanın işğal altındakı ərazilərində olub. O, özünün dediyi kimi, "türklərə nifrətinə görə" bu torpaqlara gəlib çıxıb. Çünki Limonovun Türkiyə əleyhinə yazılarını oxuyanlar onu Ermənistana, oradan Qarabağa gətiriblər.
Türkiyədə polis bölməsi qarşısında avtomobil partladıldı
Türkiyənin Batman rayonunun Kozluk mahalındakı Bekirhan ərazisində yerləşən polis bölməsi qarşısında bir avtomobil patladılıb. Yaralıların olduğu bölgəyə xeyli sayda təcili yardım və təhlükəsizlik işçiləri cəlb olunub.
Türkmənistanda pulsuz kommunal xidmətlər ləğv edilir
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov əhaliyə müraciət edərək ölkə vətəndaşlarını pulsuz elektrik enerjisi, içməli su və təbii qaz təminatı ilə vidalaşmağa hazır olmağa çağırıb.
Məşədi olmaq 400, Kərbəlayi olmaq 1300 manata başa gəlir
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kərbəla, Nəcəf və Məşhədə təşkil etdiyi ziyarətlərin qiyməti məlum olub. QMİ-dən verilən məlumata görə, səfərlərin ödənişi ABŞ dolları ilə həyata keçiriləcək. Avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq.






.jpg)







