Gündəm

Rusiyalı pilotlar kütləvi şəkildə ölkəni tərk edir

9 İyun 2017 14:25

Son 2 il yarım ərzində 300 yüksək ixtisaslı rusiyalı təyyarə pilotu ölkəni tərk edərək, Asiya dövlətlərinin aviaşirkətlərinə üz tutublar. Hazırda daha 400 pilot zəruri sənədləri toplayaraq, Rusiyanı tərk etmək niyyətindədir. Əsas səbəb isə fərqli əməkhaqqı, istirahət imkanı və planlı uçuş saatlarının azlığıdır.

Yaxın Şərq- xristian dünyasının manipulyasiya obyekti

9 İyun 2017 14:20

Son zamanlar müsəlman ölkələrində-Qətər, İran və Səudiyyə Ərəbistanında baş verənlər islamofobların əlində növbəti arqumentə çevrilib. Bu proseslərin İslam dünyasının müqəddəs hesab etdiyi Ramazan ayına təsadüf etməsi də bilərəkdən seçilib. Yəni, Qərbdə, Avropada belə bir fon yaratmağa hesablanıb ki, baxın bu müsəlmanlara, görün müqəddəs aylarında bir-birinə qarşı nə edirlər. Elmləri yoxdur, ədalətli dövlət qura bilmirlər və s.

İŞİD Kərbəlanı hədəf aldı

9 İyun 2017 14:17

 İŞİD terror təşkilatı İraqın müqəddəs şəhəri – Kərbəla şəhərində canlı bomba bazarda partlayış törədib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, partlayış nəticəsində 20 nəfər həlak olub, ən azı 25 nəfər isə yaralanıb.

Nazirlik: Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək

9 İyun 2017 14:13

Türkiyənin İstanbul şəhərində müalicə aldığı klinikada vəfat edən energetika naziri Natiq Əliyevin nəşi bu gün Bakıya gətiriləcək. Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyevanın verdiyi məlumata görə, sabah 12:00-da “Şəhriyar Mədəniyyət Evi”ndə onunla vida mərasimi keçiriləcək. N. Əliyevin harada dəfn olunacağı ilə bağlı hələlik məlumat yoxdur.

Quba məzarlığında yaranmış vəziyyətlə bağlı müzakirə - YENİLƏNİB

9 İyun 2017 14:11

Quba Soyqırımı Memorial Kompleksində açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi ilə bağlı yaranmış mövcud vəziyyətin araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan komissiya üzvləri iyunun 9-da Qubaya gəliblər.

Rusiyanın Avropanın enerji bazarında hegemonluğu aradan qalxır

9 İyun 2017 14:08

Rusiya Federasiyasının əsas gəlir mənbələrindən sayılan enerji resursları indi əvvəlki illərdə olduğu kimi şimnal qonşumuza o qədər də gəlir gətirə bilmir. Səbələri isə aydındır. Kremlin enerji resurslarının bolluğundan istifadə edərək Avropa ilə daha hikkəli və sərt tonda danışması və bunun qoca qitə tərəfindən qəbul edilməməsidir.

Mübariz Həmidov yaradıcılıq seminarında iştirak edəcək

9 İyun 2017 14:03

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Akademik Gənclər Teatrının təşkilatçılığı ilə 1-4 dekabr tarixlərində RF-in paytaxtı Moskva şəhərində Rusiya Federasiyasının, MDB və Baltikyanı ölkələrin Gənc Tamaşaçılar və Gənclər Teatrları rəhbərlərinin iştirakı ilə beynəlxalq yaradıcılıq seminarında iştirak etmək üçün Rusiya Federasiyasına səfər edəcək. Teatrdan “Olaylar” – a bildirilib ki, “Beynəlxalq yaradıcılıq seminarı çərçivəsində RF-in, MDB və Baltikyanı ölkə teatrları rəhbərləri öz həmkarları ilə qabaqcıl iş təcrübələrini bölüşəcək, bu gün dünyada fəaliyyət göstərən Gənc Tamaşaçılar Teatrları qarşısında duran məqsəd və vəzifələr və s. məsələlərlə bağlı ustad dərsləri, eləcə də bir sıra treninqlər keçiriləcək” – deyə M.Həmidov bildirib.

Paytaxtda lombarda basqın edilib

9 İyun 2017 14:02

Bakıda lombarda basqın edən dəstə üzvü həbs edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a  verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 26-da Q.Qarayev prospektindəki lombardlardan birinə gələrək oranın sahibindən quldurluq yolu ilə 10.000 manat pul almaqda şübhəli bilinən Bakı şəhər sakini Turan Əkbərov tutulub. Bildirilir ki, onun həmyerliləri olan daha 3 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Sarayda Keloğlan Masalları Müzikali – 2

9 İyun 2017 14:01

Heydər Əliyev adına Sarayda Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müzikali-2 “Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq. Saraydan “Olatylar” – a bildirilib ki,  uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikalinin yeni “Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası oktyabrın 22  - də uşaqların ixtiyarına veriləcək.

Qohumunun evindən 12 min manatlıq qızıl apardı

9 İyun 2017 14:00

Bakıda qohumunun evindən 12000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, qeyri-aşkar şəraitdə törədilmiş oğurluq cinayətlərinin açılması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bankomat kartı oğurlayan qadın saxlanılıb

9 İyun 2017 14:00

Bakıda bankomat kartı oğurlayıb içərisindəki pulu çıxaran qadın saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar” verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-də Bakı şəhər sakini Can Əliyevanın çantasından bankomat kartını oğurlayıb hesabındakı 160 manat pulu çıxarmaqda şübhəli bilinən paytaxt sakini Aytac Bəkirova saxlanaılıb.

"İnsan səsi” tamaşası nümayiş olunacaq

9 İyun 2017 13:59

 İyunun 10-da saat Akademik Milli Dram Teatrının kiçik zalında Mədəniyyət və İncəsənət Universitetinin magistri, Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının quruluş verdiyi və rol aldığı “İnsan səsi” tamaşası nümayiş olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, Fransız yazıçısı və kinorejissoru Jan Koktonun müəllifi olduğu mono pyes əsasında ərsəyə gələn səhnə işinin rejissoru Fidan Cəfərova, bəstəkarı Rino Rhodes, səhnə tərtibatçısı Qabil Gözəlovdur. Tamaşanın elmi rəhbəri professor İlham Rəhimli, yaradıcılıq işləri üzrə rəhbəri əməkdar artist Fərhad İsrafilovdur. Səhnə əsəri tənha qadının faciəsi üzərində qurulub. Beş illik sevgilisindən ayrılan qadın həsrətlə onu həyata bağlayan zəngi gözləyir. Qadının gözlədiyi zəng nəhayət gəlir və o, çətin də olsa sevgilisi ilə vidalaşır.

Sosial şəbəkələr insanları məsuliyyətsiz edir

9 İyun 2017 13:52

Sosial şəbəkələrin geniş şəkildə yayılması tədricən jurnalist yaradıcılığı, fəaliyyətinə mənfi təsir göstərməkdədir. Belə ki, bir çoxlarının sosial şəbəkələrdə yazdığı statuslar, fikirlər qısa müddət sonra xəbər portallarında, saytlarda əksini tapır. Əksər hallarda isə həmin yazılmış status və fikirlərin yalan olması, həqiqəti əks etdirməməsi üzə çıxır. Elə bu günlərdə müğənni Könül Xasıyeva barədə yayılan xəbərdə bunu aydın müşahidə etdik.

Müştəri cəlb etmək istəyi vətənpərvərlik hissini üstələyib

9 İyun 2017 13:39

Dünyanın bir çox lkələrində olduğu kumi Azərbaycanda da reklam sahəsində problemlər yaşanmaqdadır. Ancaq həmin problemlərin əksəriyyətinin özünəməxsus olduğunu nəzərə alsaq, onların böyük bir hissəsinin aradan qaldırılması mümkün olar. Məlumat üçün qeyd edək ki, reklam sahəsində ən çox problemlər bu sahəni tənzimləyən qanunvericiliyin icrası ilə bağlıdır.

"Rabitə işi" üzrə təqsirləndirilən Beytulla Hüseynov 10 milyon manatlıq ziyanı ödəyib

9 İyun 2017 13:36

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək həbs edilmiş əməkdaşlarından biri dövlətə vurduğu ziyanı ödəyib. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.