Gündəm
Azərbaycanda 4 ali məktəbin akkreditasiyası təsdiqlənib
Təhsil naziri Mikayıl CabbarovAzərbaycanda 4 ali məktəbin akkreditasiyası barədə əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, nazirin əmri ilə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Lənkəran Dövlət Universitetinin və Bakı Biznes Universitetinin akkreditasiyaları barədə Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı nəzərə alınaraq adıkeçən universitetlərin akkreditasiyası təsdiq olunub.
BMT: Azərbaycanda gender bərabərliyi inkişaf edir
Bu gün Bakıda BMT-nin Azərbaycan nümayəndəliyinin və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Məqsədləri: Qadınlar və inkişaf" mövzusunda panel müzakirələri keçirilib. Müzakirələrdə Dayanıqlı İnkişqaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai iştirak ediblər.
Facebook-dan qeyri-adi vakansiya
Facebook şirkəti öz saytında Rusiya hakimiyyət orqanları ilə əlaqələr üzrə menecer vakansiyası elan edib. Menecerin iş yeri olaraq Varşava göstərilib. Onun vəzifələrinə qanunvericilikdə sosial şəbəkələrə toxuna biləcək son dəyişikliklərin monitorinqi, məmurlarla görüşlərdə Facebook-un maraqlarının təqdim olunması daxildir.
Ali təhsili olmayan bağça müdirləri - Maraqlı statistika
Ötən il Azərbaycanda 7 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib. Bununla da ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı 1663-a çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yeni açılan məktəbəqədər təhsil müəssisələri şəhər yerlərinddir. Belə ki, 946 məktəbəqədər təhsil müəssisəi şəhərdə (2015-ci il bu rəqəm 939 olub), 717 təhsil müəssisə isə kənd yerlərində (2015-ci illə eyni) fəaliyyət göstərir. Ötən il məktəbəqədər təhsil müəsssisələrində 115,6 min uşaq təhsil alıb. 2015-ci ildə isə bu rəqəm 114,8 min olub.
Qərbin İslam dünyasını parçalamaq planı reallaşır
Nəhayət ki, Qərb İslam dünyasında ciddi bir problem yaratmağa nail oldu. İlkin mərhələdə ayrı-ayrı dini yönümlü terror təşkilatları yaratmaqla İslamı gözdən salmağa, müsəlman ölkələri, ümumilikdə müsəlmanlar barədə mənfi rəy formalaşdırmağa çalışan Qərb müəyyən mənada buna nail olsa da, lakin bu heç də İslam dünyası barədə nəzərdə tutulan planın tam mənada reallaşması demək deyildi.
Leysan yağış yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Kataloniya müstəqil olmaq istəyir - Referendumun vaxtı açıqlandı
İspaniyanın Kataloniya muxtar vilayətinin müstəqilliyi ilə bağlı referendum bu il oktyabrın 1-də keçiriləcək. Bu barədə vilayətin rəhbəri Karles Puçdemon bəyan edib.
Xaçmazda mənşəyi bilinməyən ət aşkarlanıb
Xaçmazda mənşəyi məlum olmayan 500 kq ət aşkarlanıb. Məlumata görə, bu dəfə ət Bakıdan Xaçmaza aparılırmış. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xaçmaz Rayon Baytarlıq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə tədbir görülüb.
Aydın Əliyev "Smiths Detection" şirkətinin nümayəndə heyətinin rəhbəri ilə görüşüb
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev "Smiths Detection" şirkətinin nümayəndə heyətinin rəhbəri Tim Norton ilə görüş keçirib.
Qətl törətməkdə şübhəli bilinən keçmiş məhkum tutulub
Pirallahı qəsəbə sakinini qətlə yetirməkdə şübhəli bilinən Lənkəran rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 3-də Pirallahı qəsəbəsinİn Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.
Cəlilabadda narkotik əməliyyatı
Cəlilabad rayon sakinindən1,061 kq heroin və 23,192 qr metafetamin götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Cəlilabad rayon sakini Ələddin Əliyevdən 1 kiloqram 60,562 qram heroin və 23,192 qram metafetamin götürülüb. Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Qasımov 9 kiloqram marixuananı 4000 manata satarkən tutulub. Eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Əhməd Paşayevdən 7 kiloqram 400 qram marixuana götürülüb.
Muğam Televiziya Müsabiqəsinin yarımfinalı başa çatdı
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirlıiyinin yaxından iştirakı Azərbaycan Televiziya təşkilatçılığı ilə 6 – cı Muğam Televiziya Müsabiqəsinin yarımfinalı Beynəlxalq Muğam Mərkəzində keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, münsiflər heyyətinin üzvləri respublikanın Xalq artistləri Arif Babyev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, əməkdar incəsənət xadimi Nadir Axundov iştirakcıların çıxışlarına 10 ballıq sistemə əsasən qiymətləndirdilər.
Əmək Nazirliyi 130 nəfər əlilliyi olan şəxsi istirahətə göndərdi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərdən daha 130 nəfəri istirahətə yola salınıb. Onlardan 50 nəfəri Quba rayonunda, 80 nəfəri isə Xaçmaz rayonunda (Nabran) yerləşən istirahət mərkəzlərində dincələcəklər.
2017-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı qərar qəbul edildi
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları, Apelyasiya Komissiyasının müraciət tarixinin müəyyən edilməsi, müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün İşçi Qrupunun yaradılması barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.
İyunda “Yuğ” – da
“YUĞ” Dövlət Teatrı “Olaylar” – a iyun ayı üçün olan repertuarı təqdim edir. 10 iyun, şənbə K.Abdulla “Səsimi unutma” 19.00 13 iyun, çərşənbə axşamı T.Əngin “Boy” 19.00 14 iyun, çərşənbə S.Haqverdiyeva “Metamorfoza” 19.00 15 iyun, cümə














