Cəlilabadda narkotik əməliyyatı
Cəlilabad rayon sakinindən1,061 kq heroin və 23,192 qr metafetamin götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Cəlilabad rayon sakini Ələddin Əliyevdən 1 kiloqram 60,562 qram heroin və 23,192 qram metafetamin götürülüb. Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Qasımov 9 kiloqram marixuananı 4000 manata satarkən tutulub. Eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Əhməd Paşayevdən 7 kiloqram 400 qram marixuana götürülüb.
9 İyun 2017 12:49 KriminalCəlilabad rayon sakinindən1,061 kq heroin və 23,192 qr metafetamin götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Cəlilabad rayon sakini Ələddin Əliyevdən 1 kiloqram 60,562 qram heroin və 23,192 qram metafetamin götürülüb. Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Qasımov 9 kiloqram marixuananı 4000 manata satarkən tutulub. Eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Əhməd Paşayevdən 7 kiloqram 400 qram marixuana götürülüb.