Qərbin İslam dünyasını parçalamaq planı reallaşır

Nəhayət ki, Qərb İslam dünyasında ciddi bir problem yaratmağa nail oldu. İlkin mərhələdə ayrı-ayrı dini yönümlü terror təşkilatları yaratmaqla İslamı gözdən salmağa, müsəlman ölkələri, ümumilikdə müsəlmanlar barədə mənfi rəy formalaşdırmağa çalışan Qərb müəyyən mənada buna nail olsa da, lakin bu heç də İslam dünyası barədə nəzərdə tutulan planın tam mənada reallaşması demək deyildi.

Məzhəb savaşı təhlükəsi bir addımlıqda

Nəhayət ki, Qərb İslam dünyasında ciddi bir problem yaratmağa nail oldu. İlkin mərhələdə ayrı-ayrı dini yönümlü terror təşkilatları yaratmaqla İslamı gözdən salmağa, müsəlman ölkələri, ümumilikdə müsəlmanlar barədə mənfi rəy formalaşdırmağa çalışan Qərb müəyyən mənada buna nail olsa da, lakin bu heç də İslam dünyası barədə nəzərdə tutulan planın tam mənada reallaşması demək deyildi. Və qarşıda daha ciddi və təsirli ssenarilərin meydana çıxması zərurətini ortaya qoyurdu. Digər tərəfdən Suriya ilə Türkiyə, İranla Səudiyyə Ərəbistanı arasında yaradılan süni gərginliklər də Qərbin bir o qədər işinə yaramadı. Və nəhayət, Qərb bunu Səudiyyə Ərəbistanı-Qətər problemini yaratmaqla reallaşdırmış oldu. Hər halda ilkin mərhələdə cərəyan edən proseslər belə deməyə əsas verir. Görünən odur ki, faktiki olaraq İslam dünyası, ərəb ölkələri ikiyə parçalanmış şəkildədir. Bir tərəfdə Səudiyyə Ərəbistanı və onun tərəfində saf tutan müsəlman ölkələri, digər tərəfdə isə Qətər və onunla həmrəylik nümayiş etdirən ərəb ölkələri. Maraqlı tendensiya ondan ibarətdir ki, planlı şəkildə Ər-Riyadla Doha arasında gərinlik yaradan Qərb planlı şəkildə hər iki tərəfə dəstək nümayiş etdirərək münaqişənin daha da dərinləşməsinə rəvac verir. Xüsusilə, Birləşmiş Ştatların timsalında bu özünü açıq şəkildə göstərir. Keçən ay Səudiyyəyə səfər edərək Ər-Riyadla müttəfiq olduğu görüntüsü yaradan Ağ Ev rəhbərliyi indi də Qətər əmirini Vaşinqtona dəvət etməklə eyni zamanda Doha ilə müttəfiq olduğunu ortaya qoyur. Təəssüflər olsun ki, Qərbin oynadığı bu oyundan isə nə Səudiyyə Ərəbistanı, nə də Qətər hansısa nəticə çıxarmır. Əksinə bu oyunun davam etməsi, nəticə etibarilə İslam coğrafiyasının daha ciddi təhlükələrlə baş-başa qalmasının oyunçusuna çevrilir. Açıq şəkildə müşahidə edilən tendensiya isə ondan ibarətdir ki, burada Qərbin başlıca məqsədi təkcə Ər-Riyadla Dohanı vuruşdurmaq deyil, eyni zamanda İslam aləmində məzhəb savaşına yol açmaqdır. Daha dəqiq desək sünni-şiə qarşıdurması yaratmaq. Qətərin şiə təmayüllü, Səudiyyənin isə sünnilərdən ibarət olması da deyilənləri təsdiqləyir. Bu arada İranın da Qətərlə müttəfiqlik nümayiş etdirməsi sünni-şiə qarşıdurmasının qaçılmazlıığından xəbər verir. Elə əksər ekspertlər də hesab edirlər ki, hazırda proseslər məhz bu istiqamətə doğru gedir. Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay isə hazırda əsas mübarizənin Tehranla Ər-Riyad arasında getdiyi qənaətindədir. Onun sözlərinə görə, İran və Səudiyyə Ərəbistanı İslam dünyası üçün təhlükə ola bilər. İranda baş verən məlum terror aksiyasında rəsmi Ttehranın Səudiyyə Ərəbistanını ittiham etmısinə gəlincə, mərkəz rəhbəri qeyd edib ki, bu ittiham İran-Səudiyyə Ərəbistanı arasında vəziyyəti daha da gərginləşdirəcək: "Hətta tərəflər arasında müharibə şəraiti də yarana biləcək. Bu döyüşlərdə bir-birini terrorla qorxutmağa çalışacaqlar. Bu isə Yaxın Şərqdə terroru daha da artıracaq və Qərbin terrorla bağlı İslama yönəlik ittihamları artacaq. Hər iki dövlətin öz prinsiplərindən əl çəkərək insan hüquqları və qanunun aliliyi prinsipinə dönmələri lazımdır. İslam dünyasında keyfiyyətli bir həyat qurmaq, islam inancının təməlini meydana gətirmək lazımdır. İran şiəliyi bəhanə edərək farsizmi, Səudiyyə Ərəbistanı isə sünniliyi bəhanə və istismar edərək vəhhabizmi islam dünyasına çatdırmağa çalışır. Bunu reallaşdıra bilmək üçün indi terror ən böyük vasitə olacaq və bu iki dövlət gerçək niyyətlərini həyata keçirərkən islam dünyasının başına ən böyük təhlükəni gətirəcək". Hasan Oktay deyib ki, bu təhlükə məzhəb savaşıdır: "Əslində məzhəb savaşı mübarizəsi adı altında verilən gerçək mübarizə farsizmlə vəhhabizmin islam dünyasına hakim olma mübarizəsidir. Bu iki anlayışın da islan düşüncəsiylə, islam təfəkkürüylə, islam mədəniyyəti, islam əxlaqı ilə bir əlaqəsi yoxdur. İslam dünyasının məzhəb çəkişməsinə deyil insanca yaşamağa ehtiyacı vardır. İrana edilən hücumun heç bir dini, elmi islami səbəbi ola bilməz. İranın Suriyada, İraqda sırf sünni deyə öldürdüyü yüzlərlə günahsız sünnilərin ölümünü izah edəcək heç bir dini səbəbi ola bilməz. Din Allahındır, nə mollanındır, nə də vəhhabinindir. İslam coğrafiyasında bu iki anlayışın açdığı dəhşətdən Qərb lazımınca istifadə edir. Nə Hasti Şabi, nə də İŞİDi öz sadə anlayışlarının xaricində islam dünyasını təmsil edə bilməz. Terrora terrorla veriləcək cavab yeni və daha dəhşətli bir terroru doğuracaq və müharibə qaçılmaz olacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31