Rusiyanın Avropanın enerji bazarında hegemonluğu aradan qalxır
Rusiya Federasiyasının əsas gəlir mənbələrindən sayılan enerji resursları indi əvvəlki illərdə olduğu kimi şimnal qonşumuza o qədər də gəlir gətirə bilmir. Səbələri isə aydındır. Kremlin enerji resurslarının bolluğundan istifadə edərək Avropa ilə daha hikkəli və sərt tonda danışması və bunun qoca qitə tərəfindən qəbul edilməməsidir.
9 İyun 2017 14:08 SiyasətBu səbəbdən "Qazprom" Azərbaycan qazının Avropa bazarına çıxmasına əngəl yaratmaq istəyir
Rusiya Federasiyasının əsas gəlir mənbələrindən sayılan enerji resursları indi əvvəlki illərdə olduğu kimi şimnal qonşumuza o qədər də gəlir gətirə bilmir. Səbələri isə aydındır. Kremlin enerji resurslarının bolluğundan istifadə edərək Avropa ilə daha hikkəli və sərt tonda danışması və bunun qoca qitə tərəfindən qəbul edilməməsidir. Düzdür, əvvəllər Rusiyanın enerji məsələsində, xüsusilə təbii qazla təminatda Avropaya hökmü keçirdi desək yanılmarıq. Bunu isə şərtləndirən başlıca amillər yeni enerji mənbələrinin üzə çıxarılmaması idi. Lakin ötən illərdə müxtəlif ölkələrdə, xüsusilə Qafqaz regionunda, əsas etibarilə Azərbaycanda zəngin enerji mənbələrinin üzə çıxması və onun Avropaya çatdırılması üçün əlverişli marşrutların layihələndirilməsi artıq Moskvanı qoca qitə üçün lazımsız edirdi. Onsuz da Gürcüstan böhranından sonra Avropa ciddi cəhdlə Rusiya qazını əvəzləyə biləcək alternativ variantlar axtarışında idi. Beləliklə, qısa zamanda, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlisi, "Şahdəniz-2" kimi Avropa üçün əhəmiyyətli layihıələr gündəmə gəldi. Artıq bir neçəsinin reallaşması və irəlidəki zaman kəsiyində daha səmərəli enerji marşrutlarının istifadəyə verilməsi Avropanın enerji təhlükəsizliyi ilə təminatı məsələsində Azərbaycanı Rusiyadan önə çıxardı. Artıq qoca qitə ilə yanaşı, okeanın o tayında da Avropanın enerji təhlükəsizliyi ilə təminatı məsələsində Azərbaycanın önəmi və rolunu xüsusi qeyd edirlər. Təsadüfi deyil ki, bu məqam elə Birləşmiş Ştatlar prezidenti Donald Trampın keçən ay ərzində Azərbaycanın dövlət başçısı İlham Əliyevə göndərmiş olduğu məktublarda da əksini tapmışdı.
Ancaq o da sirr deyil ki, Azərbaycanın Avropanın enerji ilə təminatı məsələsində rolu və önəminin artması, bu prosesdə Rusiyanı üstələməsi Kreml də heç də xoş qarşılanmır. Elə buna görədir ki, Rusiyanın "Qazprom" şirkəti Azərbaycanı Avropa bazarında özünə ciddi rəqib görür və imkan düşdükcə rəqibiniu prosesdən uzaqlaşdırmağa çalışır. Elə iqtisadçı ekspert, Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov da bu qənaətdədir. Onun sözlərinə görə, on İllər boyu Avropanın qaz bazarında hegomonluq edən Rusiya artıq son illər bu bazardakı mövqelərinin itirməklə üzləşir: "Avropa iqtisadi əməkdaşlığı bir saat ərzində siyasi motivlərlə poza bilən Rusiya ilə tərəf - müqabillikdən artıq çoxdan yorulub. Elə bu səbəbdəndir ki, Qoca qitə daima Rusiyanın qaz asılılığından yaxa qurtarmağın alternativ yollarının axtarışındadı. Vaxilə Birləşmiş Ştatların da dəstəyi ilə on milyardlarla dollar xərc çəkərək Norveç qazını Avropa bazarına çatdırılmaqda məqsəd Rusiya qazından asılılığın minimuma endirilməsi idi. Buna baxmayaraq bu gün Avropanın qaz təminatının 1/3-nə qədəri Rusiyanın payına düşür. Bu asılılıqdan yaxa qurtarmağın alternativ yollarından biri də Xəzər hövzəsindəki qazın Avropaya çatdırılmasıdır". Fikrət Yusifov bildirib ki, TAP xətti ilə başlanğıcda Avropaya nəql ediləcək qazın həcmi ildə 10 milyard kubmetr
olacaq: "Bu Avropanın qaz təchizatı üçün bir o qədər böyük rəqəm deyil və ilk baxışda bundan narahat olmağına dəyməz. Lakin məsələnin başqa prinsipial tərəfləri var. İlk öncə "Şahdəniz 2" yatağından hasil ediləcək qazın TAP xətti vasitəsilə Avropa bazarına çatdırılması bu bazarda yeni müstəqil oyunçunun meydana çıxması demək olacaq. İkincisi, bu oyunçu gələcəkdə tək "Şahdəniz 2" yatağından hasil olunacaq qazı deyil, Azərbaycanın başqa böyük qaz ehtiyatları olan yataqlarından hasil ediləcək qazın, İran, İraq, Türkmənistan qazının və digər ölkələrin də qazının TANAP və TAP xətti vasitəsilə Avropaya nəqlini reallaşdıra bilər və bu kifayət qədər realdır. Bax, Rusiya Qazpromunun bugünkü narahatçılığının kökündə dayanan əsas məsələlər də bunlardır. Qazprom Avropa bazarında yeni rəqibin peyda olmasını istəmir. Ancaq burada əsas olan satıcının deyil, alıcının istəyidir. Yaxşı olardı ki, başqaları ilə yersiz ironiya ilə danışmaq əvəzinə Qazprom rəhbərliyi Avropaya qaz nəqlini nəzərdə tutan layihələrinin taleyi barəsində düşünsünlər. Çünkü Avropa Rusiyanın qaz şantajından artıq doyub". Fikrət Yusifovun sözlərinə görə, bu gün Avropa Birliyi Rusiyadan aldığı qazın başqa alternativ variantını taparsa, o düşünmədən siyasi təziq düyməsi ilə idarə olunan Rusiya qazından tam imtina edərdi: "Qazprom rəhbərliyi bunun fərqində olasa daha yaxşıdır. Azərbaycanın yerinə rahatsız olmağına isə dəyməz. Əgər Cənub Qaz Dəhlizi layihəsinin icrası başa çatdıqdan sonra hasil ediləcək qaz cənab A.Medvedevin təsəvvür etdiyi kimi TAP kəmərini tam doldurmağa çatmasaydı, onda hər bir addımını yüz ölçüb, bir biçən BP-i kimi bir nəhəng İngilis Şirkəti bu layihəyə milyardlarla dollar vəsait xərcləyərdimi?".
S.İsmayılbəyli