25 illik fəaliyyətin hesabatı
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 37 nömrəli uşaq musiqi məktəbi 25 illik yubileyi ilə əlaqədar hesabat konserti keçirib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin mədəni kütləvi işlər üzrə şöbə müdiri Əfsanə Gülməmmədova, əməkdar artistlər Teyyub Aslanov, Əliağa Sədiyev, İsmayıl Həmidov, Vamiq Məmmədəliyev, Mirnazim Əsədov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
9 İyun 2017 14:50 MədəniyyətRəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 37 nömrəli uşaq musiqi məktəbi 25 illik yubileyi ilə əlaqədar hesabat konserti keçirib.
Baş İdarədən "Olaylar" - a bildirilib ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin mədəni kütləvi işlər üzrə şöbə müdiri Əfsanə Gülməmmədova, əməkdar artistlər Teyyub Aslanov, Əliağa Sədiyev, İsmayıl Həmidov, Vamiq Məmmədəliyev, Mirnazim Əsədov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Aparıcı konsert proqramını açıq elan edərək, məktəbin 25 il ərzində qazandığı nailiyyətlərdən ətraflı məlumat verib.
Sonda Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov məktəbin kollektivini təbrik edərək, onlara uğurlar arzu edib və məktəbin 25 illik yubileyi münasibətilə direktor Möhüb Babayevə Fəxri Fərman təqdim edib.