Gündəm

Dörd müsəlman dövləti Qətərlə bağlı “qara siyahısı”nı açıqladı :Terrorçu elan edilən 59 nəfər kimlərdir? – BƏYANAT

9 İyun 2017 15:46

Səudiyyə Ərəbistanı Krallığı, Misir Ərəb Respublikası, Birləşmiş Ərəb Əmirlikləri dövləti və Bəhreyn Krallığı birgə bəyanat imzalayıb.

18 marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik ediləcək

9 İyun 2017 15:35

18 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib. “OLAYLAR”-ın BNA-a istinadən verdiyi xəbərə görə, dəyişikliyə əsasən, “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarından sonra 18 nömrəli marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinədək (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayının sərnişin axınına uyğun olaraq 23-dən 33-ə qədər artırılacaq.

Regionlarda gənc qadınların sosial-ictimai fəaliyyətlərinə dəstək verilir

9 İyun 2017 15:34

“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda gənc qadınların sosial-ictimai fəaliyyətlərinin gücləndirilməsi üçün maarifləndirici seminarların keçirilməsi” adlı layihəsinə başlayıb. Təşkilatın sədri Tünzalə Cavadovanın “OLAYLAR”-a verdiyi məlumata görə, layihənin məqsədi Şabran rayonunda gənc qadınların sosial-ictimai fəaliyyətlərinə dəstək üçün, onların sosial-ictimai həyatda rolunu balanslaşdırmaq, gender bərabərliyinə nail olmaq və onların fəaliyyətlərini aktivləşdirmək üçün aparıcı mütəxəssislər cəlb olunmaqla maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.

Keçmiş məhkum narkotik satarkən yaxalanıb

9 İyun 2017 15:32

Gəncə sakinindən külli miqdarda narkotik vasitə və pul götürülüb. DİN-dən verilən məlumata görə,  Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Arzu Qasımov 9 kiloqram marixuananı 4000 manata satarkən tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Nardaran sakini silahı polisə könüllü təhvil verib

9 İyun 2017 15:32

Nardaran qəsəbə sakini Əbülfəz Quliyev "Naqan" markalı tapançanı və 5 ədəd patronu könüllü olaraq polisə təhvil verib. DİN-dən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əbülfəz Quliyevdə odlu silah və patron aşkar edilib. O, mərhum atasından qalmış "Naqan" markalı tapançanı və 5 ədəd patronu könüllü olaraq 42-ci PB-yə təhvil verib.

FHN Təhsil Nazirliyi ilə birgə təlim keçirib

9 İyun 2017 15:30

Azərbaycan Respublikasının Fövqəladə Hallar və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonunda yerləşən 139 nömrəli məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib. Bu barədə FHN-dən “Olaylar”a veriləön məlumata görə, təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verilməsi, məktəb kollektivi təhlükəsiz yerə təxliyyə edilməsi nəzərdə tutulub. Təlimə FHN-ə məxsus xüsusi texnika, o cümlədən yanğınsöndürən və təcili tibbi yardım maşınları da cəlb edilib.

Daşınmaz əmlaklarına dair çıxarışlar birbaşa ünvanlarda verilib

9 İyun 2017 15:26

İyulun 9-da Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şəmkir rayonunun bir neçə kəndində “Kütləvi çıxarış” kampaniyası keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, keçirilən kampaniya nəticəsində 50-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 40-dan çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

ADMİU-da Muğam sənəti kafedrasının yaradıcılıq ifa işi

9 İyun 2017 15:25

Mədəniyyət və İncəsənət Universitetində Muğam sənəti kafedrasının yaradıcılıq ifa işi keçirilib. Universitetdən “Olaylar” – a bildirlib ki, kafedranın baş müəllimləri Xalq artisti Gülyanaq Məmmədova və Əməkdar artist Zakir Əliyev “Zəmin-xarə”, “Şur”, “Mahur”, “Bayatı-Şiraz” təsnif və xalq mahnılarını ifa ediblər.

Aydın Əliyev Gürcüstanın KİV-nə müsahibə verib

9 İyun 2017 15:24

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfrans və sərgisində iştirak etmək məqsədilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev "Sputnik" informasiya agentliyinin Gürcüstan xidmətinə (sputnik-georgia.ru) və "Gürcüstan Xəbərləri" (apsny.ge) internet portalına müsahibə verib.

Azərbaycanın mütərəqqi seçki sistemi-siyasi plüralizmin bariz nümunəsi kimi

9 İyun 2017 15:22

Hər bir ölkənin mütərəqqi seçki sistemi onun siyasi pluralism ənənələrindən xəbər verir. Başqa sözlə, ölkəlrərdə keçirilən azad, demokratik və şəffaf seçki siyasi plüralizmin təntənəsi kimi dəyərləndirilir. Çünki, demokratik seçkilər zamanı ölkənin hər bir siyasi və ictimai zümrələri dövlətin idarə olunmasında iştirak şansı qazanırlar. Odur ki, qətiyyətlə demək olar ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı həm də demokratik seçkilərdən asılıdır.

Muğam Mərkəzində xalq artisti Yaqub Məmmədovun xatirəsi yad olunacaq

9 İyun 2017 15:23

İyunun 16 – da Beynəlxalq Muğam Mərkəzində Yaqub Məmmədovun xatirəsi yad olunacaq. Mərkəzdən “Olaylar” – a bildirilib ki, xatirə gecəsi Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət kanalın birgə layihəsi çərçivəsində həyata keçiriləcək.

“Həmsədrlər real nəticə istəyirlərsə, konkret təkliflərlə gəlsinlər”

9 İyun 2017 15:18

“ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti səfərləri çərçivəsində Dağlıq Qarabağdakı vəziyyəti araşdırması nə dərəcədə düzgündür? Hər şey göz qabağındadır. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT-nin qətnamələri var, bu ərazilərin kim tərəfindən işğal edildiyi bəllidir”.

ATƏT münaqişələrin həlli üzrə danışıqlara diqqət artırmalıdır

9 İyun 2017 15:17

“ATƏT quruma üzv olan dövlətlərin ərazisindəki münaqişələrin həlli üzrə danışıqlara diqqətini artırmalıdır”. Məlumata görə, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.

Azərbaycanın 23 muzeyinə məxsus 86 307 eksponat Ermənistanın nəzarəti altındadır

9 İyun 2017 15:15

Gəncədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi tərəfindən ”Qarabağ münaqişəsi nəticəsində maddi - mədəni irsin məhv edilməsi ilə bağlı İKT resurslarında təbliğat işinin gücləndirilməsi” mövzusunda gənclərin iştirakı ilə konfrans keçirilib.

Pianoçu Ayan Məmmədlinin növbəti möhtəşəm qələbəsi

9 İyun 2017 15:14

Rusiyanın Pyatiqorsk şəhərində gənc pianoçuların V.Y.Safonov adına XII Beynəlxalq musiqi müsabiqəsi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı şəhəri T.Quliyev adına 12 saylı onbirillik musiq məktəbinin VII sinif şagirdi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Ayan Məmmədli də, dünyanın müxtəlif ölkələrindən gəlmiş 75 nəfər iştirakçının qatıldığı bu müsabiqədə iştirak etmişdir.