“Həmsədrlər real nəticə istəyirlərsə, konkret təkliflərlə gəlsinlər”

“ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti səfərləri çərçivəsində Dağlıq Qarabağdakı vəziyyəti araşdırması nə dərəcədə düzgündür? Hər şey göz qabağındadır. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT-nin qətnamələri var, bu ərazilərin kim tərəfindən işğal edildiyi bəllidir”.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti səfərləri çərçivəsində Dağlıq Qarabağdakı vəziyyəti araşdırması nə dərəcədə düzgündür? Hər şey göz qabağındadır. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT-nin qətnamələri var, bu ərazilərin kim tərəfindən işğal edildiyi bəllidir". Bunu deyən politoloq Fikrət Sadıqovun sözlərinə görə, əgər həmsədrlər regiona vəziyyəti araşdırmaq üçün gəlirlərsə, gəlməyə də bilərlər: "Həmsədrlər real nəticə istəyirlərsə, konkret təkliflərlə gəlsinlər və konkret təşəbbüs irəli sürsünlər. Biz həmsədrlərdən bunu gözləyirik". F. Sadıqov əlavə edib ki, ABŞ və Fransada yeni prezidentlər seçilib və onlar münaqişə ilə bağlı konkret addımlar ata bilər: "Həmin prezidentlər öz bəyanatlarında Qarabağ məsələsində fəal olacaqlarına söz verib. Bu bəyanatlara uyğun təşəbbüslərin irəli sürülməsini isə zaman göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31