Regionlarda gənc qadınların sosial-ictimai fəaliyyətlərinə dəstək verilir
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda gənc qadınların sosial-ictimai fəaliyyətlərinin gücləndirilməsi üçün maarifləndirici seminarların keçirilməsi” adlı layihəsinə başlayıb. Təşkilatın sədri Tünzalə Cavadovanın “OLAYLAR”-a verdiyi məlumata görə, layihənin məqsədi Şabran rayonunda gənc qadınların sosial-ictimai fəaliyyətlərinə dəstək üçün, onların sosial-ictimai həyatda rolunu balanslaşdırmaq, gender bərabərliyinə nail olmaq və onların fəaliyyətlərini aktivləşdirmək üçün aparıcı mütəxəssislər cəlb olunmaqla maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur.
9 İyun 2017 15:34 Sosial"Qadın və Gənc Ailələrin Sosial İnkişafı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Regionlarda gənc qadınların sosial-ictimai fəaliyyətlərinin gücləndirilməsi üçün maarifləndirici seminarların keçirilməsi" adlı layihəsinə başlayıb. Təşkilatın sədri Tünzalə Cavadovanın "OLAYLAR"-a verdiyi məlumata görə, layihənin məqsədi Şabran rayonunda gənc qadınların sosial-ictimai fəaliyyətlərinə dəstək üçün, onların sosial-ictimai həyatda rolunu balanslaşdırmaq, gender bərabərliyinə nail olmaq və onların fəaliyyətlərini aktivləşdirmək üçün aparıcı mütəxəssislər cəlb olunmaqla maarifləndirici seminarların keçirilməsi nəzərdə tutulur. Bu məqsədə çatmaq üçün · gender bərabərliyinə dair qanunvericiliyin təbliği, Şabran rayonunda və ətraf kəndlərdə gənc qadınların sosial-ictimai və yerliözünüidarəetmə sahəsində maariflənmələri üçün seminarlar həyata keçirmək, yerli TV müzakirələrdə ictimai məlumatlandırmanın təşkili, qanunvericiliyin müddəalarının izah edilməsi, qadınların inkişafına nail olmaq, gender bərabərliyi mədəniyyətinin təbliği kimi vəzifələr həyata keçiriləcək; Layihə 3 ay müddətində Şabran rayonunda keçirilir. Layihədə 150 gənc qadın iştirak edir. Ümumilikdə 6 seminardan ibarət olacaq. Mətbuatda aparılacaq maarifləndirmə işləri və təbliğat xarakterli materiallar, ölkənin digər regionlarının qadın qruplarına, vətəndaş cəmiyyəti fəallarına və bu sektorla maraqlanan digər şəxslərə də öz müsbət təsirini göstərəcək və onlar dolayısı yolla bəhrələnəcəklər.