Pianoçu Ayan Məmmədlinin növbəti möhtəşəm qələbəsi
Rusiyanın Pyatiqorsk şəhərində gənc pianoçuların V.Y.Safonov adına XII Beynəlxalq musiqi müsabiqəsi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı şəhəri T.Quliyev adına 12 saylı onbirillik musiq məktəbinin VII sinif şagirdi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Ayan Məmmədli də, dünyanın müxtəlif ölkələrindən gəlmiş 75 nəfər iştirakçının qatıldığı bu müsabiqədə iştirak etmişdir.
9 İyun 2017 15:14 MədəniyyətRusiyanın Pyatiqorsk şəhərində gənc pianoçuların V.Y.Safonov adına XII Beynəlxalq musiqi müsabiqəsi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, Bakı şəhəri T.Quliyev adına 12 saylı onbirillik musiq məktəbinin VII sinif şagirdi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı Ayan Məmmədli də, dünyanın müxtəlif ölkələrindən gəlmiş 75 nəfər iştirakçının qatıldığı bu müsabiqədə iştirak etmişdir. 3 mərhələdən ibarət olan və son dərəcə gərgin keçən bu müsabiqənin 1-ci mərhələsinin qalibi olduqdan sonra, 3 iyun tarixində keçirilən müsabiqənin 2-ci mərhələsində, Avropa bəstəkarlarıyla yanaşı, Azərbaycanın dahi bəstəkarı Q.Qarayevin prelyüdasını son dərəcə məharətlə ifa etməklə bütün zalı ayağa qaldıran Ayan Məmmədlinin çıxışından sonra hər kəsi heyrətə gətirib. Hər zaman dünyanın hər yerində olduğu kimi, burada da öz çirkin niyyətlərinin bir qismini həyata keçirməyə, yəni müsabiqənin ilk qalib yerlərini istədikləri kimi həll edə bilsələr də, çoxsaylı tamaşaçıların səbirsizliklə gözlənilən maraqlarından çəkinərək müsabiqənin III yerini və bu yer üçün ayrılmış pul mükafatını, eləcə də yüksək səhnə mədəniyyəti göstərdiyinə görə xüsusi prizi Ayana təqdim etmək məcburiyyətində qalıblar.