Gündəm

Millət vəkili seçicilərlə görüşüb

9 İyun 2017 16:31

Yeni Azərbaycan Partiyasının (YAP) 25 saylı Nizami II Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçicilərilə görüşüb.  “OLAYLAR”-ın xəbərinə görə, millət vəkili seçicilərinin müraciətlərinə baxıb. Müraciət edən seçicilərin əksəriyyəti sosial problemlərilə bağlı fikirlərini diqqətə çatdırıblar. İşlə təmin olunmaq, həmçinin, müalicə və müayinə edilmək istəyən müraciətçilərin probleminə yerindəcə reaksiya verilib və millət vəkili aidiyyatı qurumlara müraciət edib.

SOCAR keçən ay dövlət büdcəsinə 140 milyon manata yaxın vəsait ödəyib

9 İyun 2017 16:30

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin may ayında dövlət büdcəsinə 139 milyon 586 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 milyon 780 min manat və ya 118,5 faiz çoxdur.

Balababa Rzayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

9 İyun 2017 16:27

Azərbaycan Prezidenti İlham Əliyev Balababa Rzayevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Məktəb psixoloqları ilə görüşlər keçirilib

9 İyun 2017 16:18

Paytaxtın Sabunçu və Xəzər rayonları ərazisində yerləşən ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, Təlimə Dəstək Mərkəzində təşkil olunmuş görüşlərin keçirilməsində əsas məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, onları vəzifə və hüquq öhdəlikləri ilə bağlı maarifləndirmək, uşaqlarla həyata keçirdikləri psixoloji işlərin keyfiyyətini yüksəltməkdən ibarətdir.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

9 İyun 2017 16:15

Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək - on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.

Estoniyanın xarici işlər naziri Azərbaycanda gəlir

9 İyun 2017 16:13

Estoniyanın xarici işlər naziri Sven Mikser iyunun 12-də Azərbaycanda rəsmi səfərə gəlir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məumata görə, səfər çərçivəsində nazir Sven Mikserin xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

"Barselona" 5 futbolçusunu transferə çıxartdı - SON SİYAHI

9 İyun 2017 16:09

"Barselona"nın bu yay göndərəcəyi futbolçuların son siyahısı bəllidir. Kataloniyalılar 5 oyunçu ilə vidalaşmaqda qərarlıdır. Rəhbərlik yeni çalışdırıcı Ernesto Valverdenin istəmədiyi Arda Turan kimi, Rafinyanı da 30 milyon avroya satmağa hazırdır.

Səlim Müslümov BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb

9 İyun 2017 16:04

Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyasında iştirak edən Azərbaycan Respublikasının  əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Səudiyyə Ərəbistanının İrana qarşı aldığı silahların siyahısı AÇIQLANDI

9 İyun 2017 16:02

ABŞ-ın Səudiyyə Ərəbistanına satacağı silahların çeşidi ilə bağlı yeni sənəd üzə çıxıb. Donald Trampın Yaxın Şərq səfəri zamanı krallığın rəhbərliyi ilə razılaşdırdığı 110 milyard dollarlıq silah müqaviləsi raket əleyhinə müdafiə sistemlərindən tutmuş, döyüş sursatları və döyüş təyyarələrinə qədər fərqli silahları əhatə edir. Həmin texnikanın İrana qarşı mümkün hərbi münaqişə zamanı istifadə olunacağı bildirilir. 

Borca görə şəxsiyyət vəsiqəniz girov saxlanıla bilər?

9 İyun 2017 15:57

Girov qoyulan şəxsiyyət vəsiqələri ilə bağlı yazısını təqdim edirik. Adətən müxtəlif xidmət sahələrində və yaxud ticarət obyektlərində, müəyyən xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsinin girov qoyulması tələb edilir. Misal üçün, şəhərin müəyyən ərazilərində velosipedlər icarəyə verilir. Ödəniş edirsən və velosiped müəyyən müddətə sənin istifadənə verilir. Həmin velosipedləri icarəyə götürüb sürmək üçün şəxsiyyət vəsiqəsini girov qoymağı tələb edirlər. 

Məşhur müğənni hamamda yıxıldı: təcili əməliyyat olundu, yeriyə bilmir

9 İyun 2017 15:55

Dünyaca məşhur müğənni Fill Kollinsin İngiltərə turnesi əsnasında başına iş gəlib. O, xəstəxanaya çatdırılıb.  İngiltərədə qaldığı otel otağında duş qəbul etmək istəyərkən ayağı sürüşən və başı kafelə dəyən Fill Kollins təcili olaraq London Xəstəxanasına çatdırılıb. 

ADMİU "Mədəniyyət kanalı" və "Azərbaycan radiosu"nun  birgə layihəsində

9 İyun 2017 15:54

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mədəniyyət" kanalının və "Azərbaycan" radiosunun təşkilatçılığı ilə "Odlar ölkəsi" adlı gənc estrada ifaçılarının konserti keçirilib. Universitetdən “Olaylar" – a bildirilib ki, konsertdə  Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin I kurs tələbələri Tural Xəlilzadə O.Kazıminin “Bakının qızları”, Şəfiqə Abbasova T.Quliyevin “Qaynana” k/f-dən “Məhəbbətin çırağı”, I.Berlini “Cheek to cheek”, E.Prydz, S.Winwood, W.Jennings “Call on my”, II kurs tələbələri Sərxan Cəfərov T.Quliyevin “Bakı haqqında mahnı”, A.Menken “Beauty and the beast”, Şövqi Əmrahov E.Sabitoğlunun “Baladadaşın ilk məhəbbəti” k/f-dən “Sevgi mahnısı”, Güllü Bəhərzalova V.Gərayzadənin “Qaytar eşqimi”, Nigar Xəlilova T.Quliyevin “Sevinc mahnısı”, D.Frank, S.Kipner “Genie in a bottle”, IV kurs tələbəsi Safa Eldarov O.Kazıminin “Eşqimin bəxti” və P.Medley “Twist and shout” mahnılarını ifa ediblər.

Britaniyada seçkilər: mühafizəkarlar köhnə problemlərlə bağlı yeni sınaq qarşısında - ŞƏRH

9 İyun 2017 15:53

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə əsasən, fəaliyyətdə olan baş nazir Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar Partiyası 42 faizdən artıq səs toplasa da, hökuməti təkbaşına qura bilməyəcək.

İrandakı terrorda şübhəli bilinən daha iki nəfər tutulub

9 İyun 2017 15:51

Tehranda terrorların törədilməsində şübhəli bilinən daha iki nəfər saxlanılıb. Şübhəlilər Kermanşah əyalətində tutulublar. Polis əyalətin Selas-Babacani rayonunda keçirdiyi axtarış-əməliyyat tədbiri nəticəsində avtomobillərdən 92 ədəd yüngül odlu silah aşkarlayaraq götürüb.

Özbəkistanda rəhbərə mədhiyyə qoşmaq qadağan olundu: “Cəzalanacaqlar!”

9 İyun 2017 15:48

Özbəkistanda rəhbərə mədhiyyələr oxumağın dərin tarixi var. Amma rəsmi Daşkənd indi bu qədim ənənə ilə birdəfəlik vidalaşmaq istəyir. Əgər bu baş tutarsa, Özbəkistan bütün Mərkəzi Asiyada istisna olacaq. “Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə hakimiyyət orqanları elan ediblər ki, rəsmiləri mədh edən mahnıları oxuyan və onları yazanlara qarşı ağır cərimələr tətbiq olunacaq , hətta lisenziyaları əllərindən alınacaq.