Gündəm

"TOTAL” şirkətinin nümayəndələri Gəmiçilikdə

9 İyun 2017 17:22

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də “TOTAL” şirkətinin nümayəndələri ilə görüş keçirilib. “OLAYLAR”-ın XDG-yə istinadən verdiyi xəbərə görə, “AXDG” QSC-nin sədri Rauf Vəliyev qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, tərkibində həm nəqliyyat, həm də neft donanması olan Gəmiçiliyin 300-ə yaxın gəmisi var. Rauf Vəliyev bir çox yerli və xarici şirkətlərə dənizdə neft və qaz hasilatında ofşor xidmətlər göstərən Gəmiçiliyin “TOTAL”la əməkdaşlığının da uğurlu olcağına əminliyini ifadə edib.

57 ədəd ağac yandı, 288 ədəd ağaca isə ziyan dəydi

9 İyun 2017 17:19

İyunun 9 – dasaat 12 radələrində Badamdar yaylasında, yüksək maili ərazidə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2016-cı ildə salınmış yaşıllıq sahəsində yanğın hadisəsi baş verib. Ərazidə əsən külək nəticəsində yanğın qısa müddət ərzində yayılaraq 1 hektar ərazini əhatə edib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində tam lokallaşdırılaraq söndürülüb.

Bilik Fondu rayonlarda mühazirələrini davam etdirir

9 İyun 2017 17:20

Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Şirvan, Şamaxı, Xaçmaz, Yardımlı və Ağdam rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.

Qətərə qarşı Səudiyyə SSENARİSİ: Hücumların arxasındakı ŞOK SƏBƏB

9 İyun 2017 17:11

İrana yaxınlıqda və terrora dəstək verməkdə ittiham edilən Qətər Körfəz ölkələri tərəfindən embarqolara məruz qalır. Ərəb ölkələrinin Qətərə qarşı qəfil embarqo qərarı isə ABŞ prezidenti Donald Trampın ilk xarici səfərindən sonra verildi.

İranda 41 İŞİD-çi həbs olunub

9 İyun 2017 17:07

İran Təhlükəsizlik Nazirliyi İŞİD qruplaşmasının üzvlərindən 41 nəfərin həbs olunduğunu açıqlayıb. Nazirliyin açıqlamasında bildirilir ki, aparılan çətin əməliyyatlar nəticəsində Kirmanşah, Kürdüstan,  Qərbi Azərbaycan və Tehran əyalətlərində 41 nəfər yaxalanıb. Terrorçulardan müxtəlif sənədlər, silah və sursat aşkarlanaraq götürülüb. Əməliyyatlar zamanı onlara hər hansı əks-hücum imkanı verilməyib.

Prezident İlham Əliyev Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib

9 İyun 2017 17:05

Prezident İlham Əliyev energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib. Başsağlığında deyilir: "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Ağaəmi oğlu Əliyev 2017-ci il iyunun 9-da ömrünün 70-ci ilində vəfat etmişdir.

Laricanidən SƏRT AÇIQLAMA: "ABŞ özü ən böyük İŞİD-dir"

9 İyun 2017 16:59

İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib.  Ə.Laricani bu sözləri Tehranda terror aktları nəticəsində həlak olanların dəfn mərasimində deyib. O, ABŞ-ı dünyanın ən böyük İŞİD-i adlandırıb: "Biz İŞİD-ə və onun silahlılarına qarşı mübarizə aparırıq. Amma ABŞ dünyada elə ən böyük İŞİD-dir. Biz örtüyü qaldırsaq, üzə çıxaracağıq ki, ABŞ ordusu və MKİ İŞİD-in arxasında dayanır". Əli Laricani həmçinin Səudiyyə Ərəbistanını terrorçuluğu dəstəkləməkdə ittiham edib.

Mühafizəçilərin davasına görə iş adamı da saxlanıldı

9 İyun 2017 16:57

Dünən Binəqədi rayonunda yerləşən "Safastore" mağazasının önündə "Riyad" Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında qarşıdurmadan sonra bir neçə şəxs polis tərəfindən saxlanıldı. Onlardan biri də mağazanın yerləşdiyi obyektin sahibi Azadxan Xanməmmədov olub.

Şirkətlərə 1,6 milyon manatlıq cəza - Əmək müqaviləsi olmadığına görə

9 İyun 2017 16:56

2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb.

Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı istifadəyə veriləcək

9 İyun 2017 16:41

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Kiyev şəhər Dövlət Administrasiyasının qərarı ilə paytaxtın mərkəzində salınan yeni istirahət parkında tikinti işləri yekunlaşmaq üzrədir. Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı adlanan istirahət guşəsində yerli sakinlərin xoş və mənalı istirahəti üçün geniş imkanlar yaradılıb. İnşa olunan parkda xüsusi rənglənmiş xırda daşlarla Azərbaycan və Ukraynanın dövlət bayraqları həkk olunub.

Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

9 İyun 2017 16:38

Samux rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü müəyyən edilərək istintaqa cəlb edilib.

Sərnişin təyyarəsi Yaponiyada təcili eniş etdi

9 İyun 2017 16:36

Cənubi Koreyanın "Korean Air" aviaşirkətinə məxsus təyyarə Yaponiyada məcburi eniş edib. Buna səbəb pilotların kabinəsində tüstülənmə olub. Fukuoka hava limanına məcburi eniş edən təyyarənin 151 sərnişini və 8 ekipaj üzvü olub. Hadisə zamanı xəsarət alan olmayıb.

Bakıda 18-ci Dünya Su Konqresi keçiriləcək

9 İyun 2017 16:34

Meksika Birləşmiş Ştatlarının Kankun şəhərində 16-cı Dünya Su Konqresi (WWC) keçirilib. Konqresdə iştirak etmək üçün “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksikada işgüzar səfərdə olub. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 16-cı Dünya Su Konqresi “Azərsu” ASC-nin də üzvü olduğu Beynəlxalq Su Resursları Assosiasiyası tərəfindən təşkil olunub.

“Günəşli” yatağında yeni quyu istismara verilib

9 İyun 2017 16:33

Bu günlərdə “Günəşli” yatağındakı 11 nömrəli dərin dəniz özülündən 31 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 3998-3940 metr intervaldan sutkalıq 16 ton kondensat və 110 000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. 

Rumıniyada SOCAR-ın daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

9 İyun 2017 16:32

SOCAR Rumıniyanın əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsi istifadəyə verib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə bununla da bu ölkədə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatıb. Braşov məntəqəsində quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan yaradır.