Bilik Fondu rayonlarda mühazirələrini davam etdirir

Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Şirvan, Şamaxı, Xaçmaz, Yardımlı və Ağdam rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.

Bilik Fondunun "İdeoloji, sosial və elmi maarifləndirmə" proqramı üzrə Şirvan, Şamaxı, Xaçmaz, Yardımlı və Ağdam rayonlarının ictimaiyyəti üçün "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu", "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzularında mühazirələr təşkil olunub.

Şirvan Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri - ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, Akademiyanın müxbir üzvü Könül Bünyadzadə, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının qərargahında Milli Məclisin üzvü Rəfail Cəbrayılov çıxış ediblər. Mühazirəçilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində tutduğu müstəsna mövqeyindən danışıblar.

Şamaxı Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin üzvü, professor Elman Nəsirov, Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev məruzə ediblər.

Xaçmaz Heydər Əliyev Mərkəzində yerli ictimaiyyətin nümayəndələri AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu", Tarix-Diyarşünaslıq muzeyində isə AMEA

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Misir Mərdanovun "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzularında məruzələrini dinləyiblər.

Yardımlı Heydər Əliyev Mərkəzində və 1 nömrəli tam orta məktəbdə Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Milli Məclisin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Yadigar Məmmədli ideoloji maarifləndirmə istiqamətində yerli əhali qarşısında geniş məruzə ilə çıxış ediblər.

Quzanlıda yerləşən Ağdam Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində yerli İcra Hakimiyyəti orqanı ilə birgə hazırlanmış tədbirlərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, professor Anar İsgəndərli və Dövlət Dillər Universitetinin müəllimi Anar Nağıyev yerli əhaliyə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31