Kiyevdə Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı istifadəyə veriləcək
Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Kiyev şəhər Dövlət Administrasiyasının qərarı ilə paytaxtın mərkəzində salınan yeni istirahət parkında tikinti işləri yekunlaşmaq üzrədir. Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı adlanan istirahət guşəsində yerli sakinlərin xoş və mənalı istirahəti üçün geniş imkanlar yaradılıb. İnşa olunan parkda xüsusi rənglənmiş xırda daşlarla Azərbaycan və Ukraynanın dövlət bayraqları həkk olunub.
9 İyun 2017 16:41 SosialAzərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi, Kiyev şəhər Dövlət Administrasiyasının qərarı ilə paytaxtın mərkəzində salınan yeni istirahət parkında tikinti işləri yekunlaşmaq üzrədir. Azərbaycan-Ukrayna Xalqlarının Dostluq Parkı adlanan istirahət guşəsində yerli sakinlərin xoş və mənalı istirahəti üçün geniş imkanlar yaradılıb. İnşa olunan parkda xüsusi rənglənmiş xırda daşlarla Azərbaycan və Ukraynanın dövlət bayraqları həkk olunub. Abidə daşının üzərində isə hər iki ölkənin dövlət dilində parkın rəsmi adı qeyd edilib. İstirahət parkında qazon örtüyü salınıb, dekorativ gül və ağaclar əkilib. Bununla yanaşı, parkda oturacaqlar, işıq dirəkləri quraşdırılıb. Parkın 15 İyun - Milli Qurtuluş Günündə rəsmi açılış mərasimi olacaq. Açılış mərasimində Azərbaycanın və Ukraynanın rəsmi nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, bu park Kiyev şəhərində Azərbaycanın təşəbbüsü ilə salınan ikinci istirahət guşəsidir. Bundan əvvəl Kiyev şəhərində 2004-cü ildə ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkının açılışı olub. AZƏRTAC