Laricanidən SƏRT AÇIQLAMA: "ABŞ özü ən böyük İŞİD-dir"
İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib. Ə.Laricani bu sözləri Tehranda terror aktları nəticəsində həlak olanların dəfn mərasimində deyib. O, ABŞ-ı dünyanın ən böyük İŞİD-i adlandırıb: "Biz İŞİD-ə və onun silahlılarına qarşı mübarizə aparırıq. Amma ABŞ dünyada elə ən böyük İŞİD-dir. Biz örtüyü qaldırsaq, üzə çıxaracağıq ki, ABŞ ordusu və MKİ İŞİD-in arxasında dayanır". Əli Laricani həmçinin Səudiyyə Ərəbistanını terrorçuluğu dəstəkləməkdə ittiham edib.
9 İyun 2017 16:59 Siyasətİran parlamentinin spikeri Əli Laricani ABŞ-ın İŞİD terror təşkilatını maliyyələşdirdiyini deyib. Ə.Laricani bu sözləri Tehranda terror aktları nəticəsində həlak olanların dəfn mərasimində deyib. O, ABŞ-ı dünyanın ən böyük İŞİD-i adlandırıb: "Biz İŞİD-ə və onun silahlılarına qarşı mübarizə aparırıq. Amma ABŞ dünyada elə ən böyük İŞİD-dir. Biz örtüyü qaldırsaq, üzə çıxaracağıq ki, ABŞ ordusu və MKİ İŞİD-in arxasında dayanır". Əli Laricani həmçinin Səudiyyə Ərəbistanını terrorçuluğu dəstəkləməkdə ittiham edib.
Qeyd edək ki, iyunun 7-də Tehranda İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub. Terror aktları nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb. Trend.az