Gündəm
Türkiyədə azərbaycanlıları amansızlıqla qətlə yetirən şəxslə bağlı ömürlük həbs cəzası qüvvədə saxlanılıb
Gürcüstanın Apellyasiya Məhkəməsi Tiflis şəhər məhkəməsinin xüsusi amansızlıqla qətl törətməkdə ittiham olunan Elnur Antesovun ömürlük həbs cəzası ilə bağlı qərarını qüvvədə saxlayıb.
Azərbaycan Prezidenti Kraliça II Elizabetə təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
Daha bir marşrut avtobusunun hərəkət trayektoriyası dəyişdi
29 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 29 nömrəli marşrut xətti üzrə avtobuslar 20 Yanvar küçəsi-Cavadxan küçəsi. H.Babaşov küçəsindən keçmədən Moskva prospekti ilə birbaşa “Beynəlxalq Avtovağzal” kompleksinə qədər hərəkət edəcək.
Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Abşeron rayonunun Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Hansı məzunlar fərqlənmə attestatı alacaq?
Təhsil naziri Mikayıl Cabbarov ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydasını təsdiq edən əmr imzalayıb. Əmrdə Təhsil Nazirliyinin 2015-ci il 1 may tarixli 536 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində ümumi orta təhsil üzrə xüsusi nümunəli şəhadətnamə almağa namizəd şagirdlərin müəyyənləşdirilməsi Qaydası” ləğv edildiyi göstərilib.
Azərbaycanda həvəskar balıq ovuna sərt məhdudiyyətlər qoyuldu
Nazirlər Kabinetinin 2 iyun tarixli qərarı ilə təsdiqlənən "Balıq və digər su bioresursları ovunun Qaydaları"nda əksini tapan "Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər"də sərt məhdudiyyətlər yer alıb.
Endokrinologiya ilə bağlı cərrahi problemlər müzakirə olundu
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ATU və Medipol Universitetinin birgə təşkil etdiyi “Endokrinologiyada cərrahiyyə ilə ortaq görüşlər” mövzusuna həsr olunmuş simpozium keçirildi.
Dini radikalizmlə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib
Azərbaycan Dövlət Pedaqoji Kollecində “Dini radikalizm və ekstremizmin yaranma səbəbləri, təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda maarifləndirici xarakterli seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov, kollecin müəllim-tələbə heyəti iştirak edib.
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü Respublika Günü ilə bağlı bəyanatla çıxış edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü, Azərbaycan üzrə İşçi Qrupun üzvü, İllinoys ştatını təmsil edən Rendi Haltqren Azərbaycanın milli bayramı – Respublika Gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.
Azərbaycan XİN rusiyalı yazıçını "qara siyahı"ya saldı
Rusiyalı yazıçı və ictimai xadim Eduard Limonov Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə "arzuolunmaz şəxslər siyahısı"na daxil edilib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
“Son zəng” tədbiri iyunun 14-də hər bir məktəbin ərazisində keçiriləcək- ƏMR
Təhsil naziri Mikayıl Cabbarov “Son zəng” tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.
Son dəqiqə: Əsgərləri daşıyan avtobus aşdı: 47 yaralı - Türkiyədə - VİDEO
Türkiyənin Samsun ərazisində yeni əsgərləri daşıyan avtobus aşıb. Dəhşətli qəzada 47 nəfər yaralanıb. Qəzada biri baş leytenant olmaqla 47 hərbçi yaralanıb. Yaralı əsgərlər əraziyə gələn təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.
Azərbaycanlı alim Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilib
Bakı Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasının müdiri, professor Amil Məhərrəmov Rusiya Təbiət Elmləri Akademiyasının (TEA) həqiqi üzvü seçilib. Universitetdən “Olaylar” - abildirilibki, bu barədə qərar Rusiya TEA-nın Moskvada keçirilən illik yığıncağında qəbul olunub. Amil Məhərrəmov bu ada elm sahəsindəki xidmətlərinə, sözügedən müəssisə ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb.
Bakcell “Ən sürətli mobil rabitə şəbəkəsi 2016” mükafatına layiq görülüb və mobil internet istifadəçiləri üçün daha iki məhsulunu təqdim edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısı adına layiq görülüb. İnternet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkətinin “Speedtest” xidmətindən istifadə etməklə Azərbaycanda abunəçilər tərəfindən 2016-cı ilin 2-ci və 3-cü rüblərində aparılmış yoxlamaların nəticələrinə görə, Bakcell şəbəkəsində ən yüksək endirmə (download) sürəti təmin edilir.













