Gündəm
Qan qruplarımız barədə ŞOK həqiqətlər!
Birinci qrup qan daşıyıcıları həddən artıq güclü ruha malikdirlər, həmişə hərəkətdədirlər. Tükənməz enerjiləri var. Təsiretmə gücləri böyükdür. Onlar anadangəlmə liderdirlər, təşəbbüskar və nikbin insanlardır. Damarlarında birinci qrup qan dövran edən insanlar Adəm övladları arasında ən iddialı, əzmkar və mübarizdirlər. Bu qrupa daxil olan bütün insanlar özlərinə inam hissi və fəallıqları ilə seçilirlər. İradi keyfiyyətləri yüksəkdir, tez ünsiyyət qurur və hər bir insanla dil tapmağı bacarırlar. Onların həyatda uğurla irəliləmələrinə mane olan yeganə cəhətləri qısqanclıq, özünəvurğunluq və xudbinlikdir. Realistdirlər, romantizm onlardan çox uzaqdır. Bu qrupun zərif cins nümayəndələri cəlbedici və çəkici olduqları qədər də qısqancdırlar. Kişiləri isə Don Juan olmaları ilə seçilirlər.
Oğlan anaları, bu 15 qızıl məsləhəti diqqətlə oxuyun!
Hər şeydən əvvəl həyat yoldaşınla, seçdiyin kişi ilə münasibətlərini müsbət məcraya yönəltməlisən. Əgər kişinin əxlaqı, dünyagörüşü, qadına münasibəti, vərdişləri ürəyinizcə deyilsə, deməli, siz oğlunuza əsl həyat dostu bəxş edə bilməyəcəksiz. O zaman heç olmasa aşağıdakı bəndlərin yarıdan çoxuna əməl etməklə, layiqli övlad böyüdə bilərsiz.
Qandonduran qətl: 6 yaşlı ögey qızını divara çırpa-çırpa öldürdü
Ögey qızını qulağından tutub, divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısı Sabir Abdinova verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
Qadınlar üçün ən faydalı ərzağın adı açıqlandı
Qadınlar üçün ən faydalı ərzaq məhsulu turşuya qoyulmuş kələmdir. O, həzm prosesini yaxşılaşdırır və zərərli maddələri orqanizmdən çıxarır. İkinci yeri avokado tutur. Onun tərkibindəki çoxlu vitamin dərini və saçı gözəlləşdirir. Bundan əlavə, avokadonun tərkibindəki maddələr qandan xolesterinin çıxarılmasına kömək edir. Üçüncü yerdə isə kividir. Bu məhsul dərinin elastikliyini və təravətini saxlamağa kömək edir. Siyahıya şampinyon və bərk pendir də daxildir.
Alimlərdən ŞOK iddia: Xoşbəxt uşaqlar tez böyüyürlər
Alimlər uşağın boy atmasına təsir edən bir sıra amilləri tədqiq edərək, ilk baxışdan gözlənilməz nəticəyə gəliblər. Alimlər uşağın böyüməsinə təsir edən bir neçə əsas amili müəyyən ediblər. Onlardan birincisi ailə tərkibidir. Yarımçıq, ən əsası isə uğursuz ailələrdə uşaqlar ləng boy atır və yaşıdlarından boyca kiçik olurlar.
Tənhalıq vaxtsız ölüm riskini artırır...
ABŞ-dakı Brihem Yanq Universitetindən olan tədqiqatçılar 300 min nəfər arasında sorğu apararaq bu nəticəyə gəlmişlər ki, alkoqolizm, siqaret çəkmək və piylənmə kimi, tənhalıq da insana məhvedici təsir göstərir.
Şura təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lər üçün təsviri hesabatların elektron qəbulu proqramının təqdimat mərasimini keçirib.
"Bir zolaq – bir yol": yeni dünya nizamı və təhlükəsizlik problemləri kontekstində
Pekində böyük bir forum keçirilib. Çin rəhbərliyi 2013-cü ildə "Bir zolaq - bir yol" adlı maraqlı layihə irəli sürüb. Bunu prezident Si Szinpin ilk dəfə Qazaxıstana olan səfərində ifadə edib.
İstanbulda 4 mərtəbəli bina çökdü - Dağıntı altında qalan var
İstanbulda 4 mərtəbəli bina çöküb. Binada yaşayış olmayıb. Dağıntılar arasında bir uşağın qaldığı bildirilir. Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib. Ətrafda bir neçə avtomobilin də zərər gördüyü bildirilir.
Ekspert: "Bakı daxili və xarici siyasətdə balansı saxlaya bilib"
"Azərbaycan Qərblə münasibətlərini yaxşılaşdırıb, özünü enerji ehtiyatlarının etibarlı tədarükçüsü kimi tanıdıb və insan hüquqları sahəsində dialoqa hazır olduğunu nümayiş etdirib". Bunu Yerevanda "Qafqaz-2016" konfransında rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Sergey Markedonov deyib.
Ombudsmanın nümayəndələri Gözəl Bayramlı və Əfqan Muxtarlıya baş çəkiblər
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına (BİT) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Antalyada rusiyalı turistlər qəzaya uğradı - Xəsarət alanlar var
Türkiyənin Antalya vilayətində baş vermiş qəza nəticəsində 5 rusiyalı turist xəsarət alıb. Xəsarət alanlar arasında iki uşaq da olub.
Vəzifəli şəxsin məsciddə intim münasibəti xəbəri ilə bağlı AÇIQLAMA
Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisəni Masallı rayonun İcra hakimiyyəti məsələ ilə bağlı aydınlıq gətirib. İctimai - siyasi və humanitar məsələlər şöbəsinin bas məsləhətçisi Hadiyev Qəşəm bildirib ki, kənd sakinlərinin bələdiyyə sədri Rafiq Ağayevə qarşı edilən ittiham böhtan xarakterlidir:
Türkiyənin səhiyyə naziri Natiq Əliyevin vəfatı haqda: “Çox ağır durumda gəlmişdi...”
Türkiyənin səhiyyə naziri Receb Akdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin İstanbul klinikalarından birində vəfat etməsi ilə bağlı jurnalistlərin suallarına cavab verib. Nazir “İstanbula təyyarədən yeni endiyini, nazirin vəfatı ilə bağlı xəbəri indi aldığını, təfərrüatları bilmədiyini” deyib.
Türkiyəli nazir: "Natiq Əliyev hər zaman Türkiyədə də rəhmətlə yad ediləcək"
Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin ölümü ilə bağlı onun yaxınları və ailəsinə, Azərbaycan və Türkiyə xalqlarına başsağlığı verib.














