Ekspert: "Bakı daxili və xarici siyasətdə balansı saxlaya bilib"
"Azərbaycan Qərblə münasibətlərini yaxşılaşdırıb, özünü enerji ehtiyatlarının etibarlı tədarükçüsü kimi tanıdıb və insan hüquqları sahəsində dialoqa hazır olduğunu nümayiş etdirib". Bunu Yerevanda "Qafqaz-2016" konfransında rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Sergey Markedonov deyib.
9 İyun 2017 18:54 Siyasət"Azərbaycan Qərblə münasibətlərini yaxşılaşdırıb, özünü enerji ehtiyatlarının etibarlı tədarükçüsü kimi tanıdıb və insan hüquqları sahəsində dialoqa hazır olduğunu nümayiş etdirib". Bunu Yerevanda "Qafqaz-2016" konfransında rusiyalı politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Sergey Markedonov deyib.
Politoloqun sözlərinə görə, ölkədəki ictimai-siyasi vəziyyətə ciddi təsir göstərən amillərdən biri ötən ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsində qeydə alınmış eskalasiya olub. O qeyd edib ki, müharibə ötən il keçirilmiş referendumla birgə mövcud siyasi sistemi möhkəmləndirən amillərdən biri oldu. Bundan başqa ekspert bildirib ki, Azərbaycan 2016-cı ildə cənub qonşusu İranla da dialoqu genişlədirib.