İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
9 İyun 2017 18:27 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı - Portuqaliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və rifah arzulayıram". AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31