57 ədəd ağac yandı, 288 ədəd ağaca isə ziyan dəydi

İyunun 9 – dasaat 12 radələrində Badamdar yaylasında, yüksək maili ərazidə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2016-cı ildə salınmış yaşıllıq sahəsində yanğın hadisəsi baş verib. Ərazidə əsən külək nəticəsində yanğın qısa müddət ərzində yayılaraq 1 hektar ərazini əhatə edib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində tam lokallaşdırılaraq söndürülüb.

İyunun 9 - dasaat 12 radələrində Badamdar yaylasında, yüksək maili ərazidə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2016-cı ildə salınmış yaşıllıq sahəsində yanğın hadisəsi baş verib. Ərazidə əsən külək nəticəsində yanğın qısa müddət ərzində yayılaraq 1 hektar ərazini əhatə edib. Nazirlikdən "Olaylar" - a bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində tam lokallaşdırılaraq söndürülüb.

İlkin ehtimala görə yanğının baş verməsinə səbəb yoldan keçən avtomobillərdəki ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş siqaret kötüyünün yerə atılması olub. Təəssüf ki, yanğın zamanı 1 hektar ərazidə 24 Eldar şamı, 19 ayland, 9 akasiya, 5 oleandr, ümumilikdə  57 ədəd ağac yanaraq məhv olub, 288 ədəd ağaca isə ziyan dəyib. Vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində min bir əziyyətlə yetişdirilmiş ağaclar məhv olub, yaşıllıq sahəsinin bir hissəsi yanıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq bərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31