Gündəm
“Səadan” yatağında yeni quyular istismara verilib
“Səadan” yatağında 1836 və 1847 nömrəli quyular qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qovundağ alt-Maykop Lay Dəstəsinə qazılmış quyular ştanqlı dalma nasosu üsulu ilə məhsul vermişdir. Quyuların hər biri sutkalıq 4-5 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.
Müdafiə naziri Rusiyaya səfər edib
Avqustun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı nazirliyin mətbuat xidməti yayıb. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.
Gürcüstan və Ermənistan Kürü çirkləndirir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 20.6 m3/san azalaraq 49 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Pensiyaçının pulu bankdan yoxa çıxıb
“Olaylar” Ölkədə fəaliyyət göstərən bankların, onların ayrı-ayrı filiallarının müxtəlif üsullarla vətəndaşları aldatmaları barədə kifayət qədər məlumat yayımlanıb. Artıq bəzi banklarlar öz müştəriləri olan vətəndaşların, eləcə də pensiyaçıların hesabdakı vəsaitlərinə xəyanət yolunu tutublar.
Mətanət Əsədova biabır etdi: “Molla yanına gedir ki...”
Müğənni Mətanət Əsədova həmkarlarının ona cadu-tilsim etdirdiyini deyib. Açıqlama verən sənətçi paxıllığını çəkən həmkarlarına səslənib: “Paxıllığımı çəkənlər bütün günü qalıblar mollalarda. Səsimin, avazımın bir faizini öyrənin. Bilmirsinizsə, gəlin yanıma öyrədim. Amma cadu etdirməyi, ev yıxmağı yaxşı bacarırsınız.
Aşqabad və Bakı arasında strateji tərəfdaşlığın bünövrəsi qoyuldu
Azərbaycanın xarici siyasətdə həyata keçirdiyi uğurlu strategiya, yaxın və uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atdığı addımlar Bakıya olan marağı getdikcə artırır. İndi Qərbdən tutmuş Avropaya, Şərqdən Asiyaya qədər bütün ölkələr Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə, Bakını özünün strateji tərəfdaşına çevirməyə çalışır. Çünki Azərbaycanın yerləşdiyi coğrafiyada malik olduğu imkanlar, yeraltı və yerüstü sərvətləri, ən əsası zəngin enerji resursları və ölkəmizin iştirakı və bilavasitə təşəbbbüsü ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat layihələri Bakını cəlbedici edir.
Tütünçülüyün inkişafında inqilabi yenilik
Qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi ölkəmizdə əsas prioritetlərdən biri sayılır. Artıq bir neçə ildir ki, bu istiqamətdə məqsədyönlü addımlar atılır, islahatlar həyata keçirilir. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, bu zaman ənənəvi, eləcə də ölkəyə xarici valyuta gətirə bilən sahələrin inkişaf etdirilməsi əsas diqqət mərkəzində olur. Bu baxımdan pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Elə dövlət başçısının istər keçən il, istərsə də bu il regionlara səfərləri zamanı qeyd edilən sahələrin inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr keçirməsi deyilənlərin əyani sübutudur.
Erməni vandalizmi cəzasız qalmamalıdır
Cəzasızlıq sindromu, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha aqressiv olmağa, öz vandal hərəkətlərini davam etdirməyə sövq edir. Keçən ayın əvvəllərində Füzuli rayonunun Alxanlı kəndində mülkü vətəndaşların erməni gülləsinə tuş gəlməsi, 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin düşmən gülləsindən həlak olması, bunun ardınca ermənilərin Tovuz rayonunun kəndlərini atəşə turaraq 13 yaşlı həmyerlimizi yaralaması deyilənlərin təsdiqidir. Təəssüflər olsun ki, Ermənistanın bu qeyri-insani davranışları, mülkü vətəndaşları hədəfə seçməsi hələ də beynəlxalq birlik tərəfindən susqunluqla qarşılanır, işğalçı ölkəyə qarşı hər hansı bir tədbirlər görülmür.
Amerikalı tələbələr Türk dilini uğurla öyrəndilər
Avqustun 11-də Azərbaycan Dillər Universitetində universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Turkish” proqramının bağlanış mərasimi keçirilib. Universitetdən “Olaylar” – a bildirilib ki, ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetin amerikalı tələbələr üçün mehriban bir məkana çevrildiyinə ümid etdiyini deyib. ABŞ-ın ölkəmizdəki səfirliyinə və tələbələrin Bakıya gəlməsində dəstəyi olmuş digər qurumlara təşəkkürünü bildirən K.Abdulla onların Bakını seçməsindən məmnun olduğunu söyləyib. O, tələbələrin istər türk dilini öyrənmək, istərsə də digər məqsədlər naminə ADU-ya yenidən qayıtmaq arzusunda olmaları üçün universitetin öz səylərini əsirgəmədiyini bildirib.
“Başı bağlı dar geyim tərzi hicab deyil” – Seyiddən sərt AÇIQLAMA
Ən çox müzakirə predmetinə çevrilən məsələ həm də hicablı qadınların geyim tərzinin necə olmasıdır. Axı müsəlman qadın necə hicab geyinməlidir ki, tənqidə yer qalmasın?!
İsmayıllı-Qəbələ avtomobil yolunda reyd keçirilib
İsmayıllı-Qəbələ avtomobil yolunda reyd keçirilib. Məlumata görə, Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun müxtəlif hissələrində 2 saata yaxın davam edən reyd zamanı cərimələri ödəməyən, sənədləri qaydasında olmayan, avtomobili nasaz idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyən sürücülər müəyyən edilib.
Rusiya müharibəyə hazırlaşır? - Putin icazə üçün Dumaya MÜRACİƏT ETDİ
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasından Belarus və Ukrayna sərhədində Hava Hücumundan Müdafiə qoşunlarından istifadə edilməsinə icazə verməyi xahiş edib. Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi qanun layihənin qəbulu Rusiya Silahlı Qüvvələrinə Belarus və Ukraynanın sərhədində hava hücumuna qarşı müdafiə qoşunlarından istifadə etməyə icazə verəcək.
Eldar Sultanovun bacısı oğlunu maşın vuraraq öldürüb
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Paytaxtda 36, bölgələrdə 39 dərəcə isti
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yaydı
Avqustun 8-də saat 22:20 radələrində Bakı dairəvi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Quliyev Nicat Nizam oğlu idarə etdiyi "Kia Cadenza" markalı 10-XZ-040 dövlət qeydiyyat nişanlı avtomobillə onunla eyni istiqamətdə hərəkət edən velosipedçi 1992-ci il təvəllüdlü Abdullayev Akif Azər oğlunu və 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızını vurduqdan sonra Bəylərov Ceyhun Valeh oğlunun idarə etdiyi "BMW" markalı 90-KX-473 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq dayanıb, A.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, F.Rəhimova müxtəlif bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.














