Gündəm
Britni Spirsin konsertində təhlükəli anlar - VİDEO
35 yaşlı müğənni Britni Spirsin Las-Veqas konsertində başına iş gəlib. Müğənni mahnısını ifa edərkən naməlum şəxs özünü səhnəyə ataraq onun şousunu dağıtmağa çalışıb.
Poroşenko payızda döyüşə başlayır – ƏSAS RƏQİBLƏR
Ukrayna prezidenti Pyotr Poroşenkonun reytinqi sürətlə aşağı düşür. Onun 2019-cu ildə keçiriləcək seçkilərdə qələbəsi böyük şübhə doğurur. “Ukraynskaya Pravda” nəşrinin mənbələrinin sözlərinə görə, Poroşenkonun əsas problemi Yuliya Timoşenkodur. Bütün sosioloji sorğulara görə, keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Poroşenkonu qabaqlayır. Ehtimal ki, ölkədə heç nə dəyişməsə, 2019-cu ildə məhz Timoşenko Ukraynanın növbəti prezidenti olacaq. Amma Poroşenkonun siyasi texnoloqları ümidlərini itirmirlər.
Ölkədə işsizliyin səviyyəsi aşağı düşüb
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində işsizlik səviyyəsi azalıb, yeni müəssisə və zavodlar hesabına çoxlu sayda iş yerləri açılıb. Hazırda da davam edən bu proqramlar nəticəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub.
Azərbaycan aqrar sektorda geniş potensiala malik ölkədir
2004-cü ildən etibarən uğurla icra olunan Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları bölgələrin simasını əsaslı dərəcədə dəyişməklə yanaşı, respublikanın şəhər və rayonlarında açılan yeni müəssisə və zavodlar hesabına işsizlik probleminin də aradan qaldırılmasına müsbət təsir göstərdi. Hazırda da uğurla davam edən bu proqram çərçivəsində qeyri-neft sektorunun mühüm sahələrindən biri olan kənd təsərrüfatı öz inkişaf dövrünü yaşayır. Regionlar üzrə ənənəvi sahələrin müəyyən edilib inkişaf etdirilməsi həm ölkəmizin ixrac potensialını artırır, həm də yerli məhsullar hesabına daxili tələbat ödənilir. Elə bir neçə gün Prezident İlham Əliyevin iştirakı ilə Qaxda tütünçülük, baramaçılıq və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi də məhz bu məqsədə xidmət edirdi.
Barama istehsalı Azərbaycan üçün ənənəvi sahədir
Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq sahəsinin də inkişaf edərək, əvvəlki şöhrətinə çatacağı gözlənilir. Nəzərə almaq lazımdır ki, baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir.Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması, hələ eramızdan əvvəl XXVII əsrlərdə məlum olub. Arxeoloji qazıntılar bu sənətin, hətta eramızdan 5 min il əvvəl mövcud olduğunu da göstərir.
Boşanmaq istəyənlərə QƏRİBƏ CƏZA: 6 həftə boyunca...
Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur. Bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb. Ruminyada yerləşən Transilvaniya bölgəsində UNESCO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.
Qadın işçi oğrularla mağazada tək qaldı
Türkiyənin Konya şəhərində bir mağazada qalan Həbibə Tok adlı qadının başına qorxunc hadisə gəlib. Hadisə, bu gecə saat 4 radələrində baş verib. İddiaya görə, Ərzurumdan gəldiyi öyrənilən mağaza işçisi olan 25 yaşlı Həbibə Tok mağazanın 3-üncü mərtəbəsindəki otaqda yatarkən içəridən səslər gəldiyini hiss edib. İçəridə oğruların olduğunu hiss edən Həbibə Tok mağaza sahibinə zəng edib. Mağaza sahibi də telefonundan təhlükəsizlik kameralarına baxdığında içəridə iki oğrunun gəzdiyini görüb və Həbibə Toka polisdən kömək istəməyini söyləyib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu - 2017" keçiriləcək
Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Gəncə Marafonu - 2017" keçiriləcək. Azərbaycanın qədim tarixə sahib Gəncə "İradənlə tarix yaz", "Marafonda bizimlə ol" şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq.
London metrosunda qatar yandı
London metropolitenində qatarların birində yanğın baş verib. Hadisə ilə əlaqədar həmin xəttdə qatarların hərəkəti dayandırılıb. İnsanlar təxliyə edildikdən sonra stansiya polis tərəfindən bağlanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Karateçilərimiz İrana yollanırlar
Karate idman növünün (wkf) müxtəlif yaş qrupları üzrə milli komandamızın üzvləri İranının Urmiyə şəhərində kişilər arasında 13-cü beynəllxalq dostluq və həmrəylik turnirində iştirak edəcəklər.
Trampın Putinə təşəkkürü amerikalı diplomatları qəzəbləndirdi
ABŞ prezidenti Donald Trampın Rusiyadakı amerikalı diplomatların ixtisarı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsi ABŞ Dövlət Departamentinin əməkdaşlarını qeyzləndirib. Ölkə xaricində çalışan amerikalı diplomatlardan biri prezidentin sözlərini hiddətləndirici adlandırıb. O qeyd edib ki, bu cür mövqe hətta ABŞ xarici siyasət idarəsinin bir çox ştatlı əməkdaşını işi tərk etməyə sövq edə bilər: "Bu, təhlükəli situasiyada ölkəsinə xidmət edən insanlara qarşı görünməmiş şəkildə hörmətsiz və ruhdan salan bir davranışdır".
İsrail klubu ilə oynadıqları üçün millidən kənarlaşdırıldılar
İran milli komandasının 2 futbolçusu yığmadan kənarlaşdırılıb. Ehsan Hacı Səfi və Məsu Şocaeinin millidən qovulmasına səbəb İsrail klubu ilə oyunda iştirak etmələri olub.Yunanıstanın "Panionios" klubunda çıxış edən futbolçular Avropa Liqasının təsnifat mərhələsi İsrailin "Maccabi" (Tel-Əviv) komandası ilə görüşündə iştirak ediblər.
Yığmamızın rəqibi qələbəni əldən verdi
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan San-Marino yığması yoxlama oyunu keçirib. Sentyabrın 1-də Şimali İrlandiya, 4 gün sonra Azərbaycanla keçiriləcək matçlara hazırlaşan cırtdan ölkə təmsilçisi "Santarkancelo" klubu ilə görüşüb.
Azərbaycanın bir addımlığına atom bombası ATILACAQ: Dünyanı yox edəcək SİLAHLAR AKTİVLƏŞDİRİLİR
ABŞ taktik nüvə silahının tətbiqi ssenarilərini genişləndirəcək. Amerika hərbçiləri bunu ilk dəfə rəsmən təsdiq etdilər. Bəyanatı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, general Pol Selva səsləndirdi.
Ekspert: “Mənzillərin qiymətində artım gözlənilmir”
Mənzillərin qiymətinin gələn aydan artacağı ilə bağlı açıqlamalar yenidən gündəmə gəlməyə başladı. Son 4 ildə belə məlumatlar daimi olaraq mətbuata sızdırılır. Amma nə qiymət, nə də mənzil alanların sayı artır. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı məlumatı oxuyan müəyyən qədər pulu olan və ev axtaran alıcı mənzil bazarına daxil olacaq və "qiymət artımları" baş vermədən ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Halbuki, bazarda elə mənzillər var ki, nəinki aylardır, hətta illərdir alıcısını tapa bilmir. Reallıqda əmlak bazarında vəziyyət necədir?














