Gündəm

Batmaq təhlükəsi ilə üzləşən 5 gənc xilas edilib

11 Avqust 2017 15:22

Mingəçevir şəhərindəki su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxslər xilas edilib. Məlumata görə, Mingəçevir şəhər sakinləri, 2000-ci il təvəllüdlü gənclər – Heydərov Elgün İlqar oğlu, Əliyev Elgün Veysəl oğlu, Məmmədli Rüstəm Nazim oğlu, Rüstəmov Rəhman Azər oğlu və 1999-cu il təvəllüdlü Əliyev Niyazi Asim oğlu Mingəçevir su anbarının sahilindəki çimərlikdən kirayə götürdükləri qayıqla gəzintiyə çıxıblar.

Şimali Kiprdə Azərbaycanlı qadını ölümcül döyüb xəstəxanalıq etdilər

11 Avqust 2017 15:19

Şimali Kiprdə azərbaycanlı qadın Nahidə Qarayeva birlikdə yaşadığı kişi tərəfindən döyülərək xəstəxanalıq edilib. Hadisə Qaziantepdə baş verib.

Dəhşətli HADİSƏ: maşın 3 yaşlı uşağın üstündən keçdi - ANBAAN VİDEO (18+)

11 Avqust 2017 15:17

Türkiyənin Mərsin əyalətində qandonduran yol qəzası baş verib. Şəhərin mərkəzi yollarından birində qəflətən yola qaçan 3 yaşlı uşağı maşın vurub. Anası ehtimal olunan qadın uşağı xilas etmək istəsə də, buna nail ola bilməyib.

Gürcüstan parlamentinin komitəsində Azərbaycandilli məktəblərlə bağlı məsələ qaldırılacaq

11 Avqust 2017 15:07

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda məktəblərin müəllim heyəti ilə görüşüb.  Gürcüstanın Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə keçirilən görüşdə məktəbləri narahat edən problemlər müzakirə olunub.

Azad vətəndaş cəmiyyəti siyasi plüralizm elementidir

11 Avqust 2017 15:05

Ölkədə siyasi plüralizmin mövcudluğunu təsdiq edən amillərdən biri də azad, dövlətdən asılı olmayan ictimai təşkilatların olmasıdır. Vətəndaş cəmiyyəti quruculuğunda qeyri-hökumət təşkilatlarının inkişafı xüsusi rol oynayır.

Azərbaycanlı “qanuni oğru”ların sayı açıqlandı - ADLAR

11 Avqust 2017 15:03

Hazırda dünyada 17 azərbaycanlı "qanuni oğru" var. Bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb. Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır. "Zaur Naxçivanski", "Tolik Noqinski", "Albert Piterski", "Rüfət Gəncinski", "Emin Hacıqabulski", "İlqar Bakinski" Rusiyada həbsxanadadırlar.

Azərbaycanlı müğənninin klipi Rusiyanın ən məşhur kanalında - VİDEO

11 Avqust 2017 15:00

Rusiyada fəaliyyət göstərən azərbaycanlı rəssam və müğənni Sultanın "Mоя стихия" adlı mahnısına çəkdirdiyi klip təqdim olunub. Klip Rusiyanın ən məşhur "Youtube" kanalı olan "StarPro" vasitəsilə tamaşaçıların ixtiyarına verilib. Mahnının musiqisi və sözləri Rusiyada yaşayan və gördükləri işlərlə populyarlıq qazanan həmyerlilərimiz Müşviq Dəmirov və Elbrus Canmirzəyevə aiddir.

Kiyevin mərkəzində Müslüm Maqomayevin heykəli ucaldılacaq

11 Avqust 2017 14:58

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.

Yerə bənzər 4 planet aşkarlanıb

11 Avqust 2017 14:56

Beynəlxalq alimlər qrupu tərəfindən Yer kürəsindən 12 işıq ili məsafəsində yerləşən Tau Kita ulduz birləşməsi ətrafında 4 Yerə bənzər planetin dövr etdiyi aşkarlanıb. “Olaylar” bildirir ki, planetlərin çəkisi Yerin çəkisinin 1,7-si qədərdir. Buna görə də onlar Günəşə bənzər ulduzların ətrafında aşkarlanan ən kiçik göy cismləri hesab edilirlər. Obyektlərin dördü də qayalıqdan ibarətdir. Tau Kita ulduz birləşməsindən ən uzaq məsafədə yerləşən iki planet potensial olaraq həyat üçün yararlı hesab edilib.

Vəhşi quş təbiətə buraxıldı – Sahibi cərimələndi

11 Avqust 2017 14:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Şabran) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Qanununun tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

3 universitetin lisenziyası LƏĞV EDİLDİ

11 Avqust 2017 14:52

Bir həftə ərzində Rusiyada üç ali təhsil müəssisəsi və bir filialın lisenziyası tamamilə ləğv edilib. Rusiyanın Federal Elm və Təhsil sahəsinə nəzarət xidmətinin mətbuat katibliyinin yaydığı məlumata görə, cari ildən Moskva Beynəlxalq Sosial-Humanitar Əlaqələr İnstitutu, Samara Biznes və İdarəetmə İnstitutu və Vladimir Biznes İnstitutuna tələbə qəbulu dayandırılıb.

Deputat: Tütünçülük üzrə dövlət proqramının qəbul edilməsi bu sahənin inkişafını sürətləndirəcək

11 Avqust 2017 14:50

Tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət proqramı bu sahənin inkişafının sürətlənməsinə xidmət edəcək. Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib. Onun sözlərinə görə, dövlət proqramı bu sahənin inkişaf planını konkretləşdirəcək və çatışmayan infrastrukturu yaratmağa imkan verəcək: “Sektor qarşısında 2021-ci ilədək tütün istehsalını ildə 12 min tona çatdırmaq məqsədi qoyulub. Bu göstərici ölkədə tütün məhsullarına olan tələbatı təmin etməkdən əlavə, həm də tütünü ixrac etməyə də imkan verəcək”.

“Azərsu”dan daha bir elektron xidmət növü

11 Avqust 2017 14:47

“Azərsu” ASC-nin daha bir elektron xidməti istifadəyə verilib. “OLAYLAR”-ın qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına Səhmdar Cəmiyyəti “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub. Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər. Xidmətdən istifadə etmək üçün portala autentifikasiya vasitələrindən biri ilə daxil olmaq və əsas səhifədə “Bütün xidmətlər” bölməsini seçmək lazımdır.

“Monako”nun futbolçusu PSJ-də

11 Avqust 2017 14:44

“Monako”nun futbolçusu Kilian Mbappe PSJ komandasına transfer olunub. Klublar 18 yaşlı futbolçunun transferi ilə bağlı məsələni həll ediblər. Yaxın vaxtlarda onunla rəsmi müqavilə imzalanacaq.

Avropa Klublar Assosiasiyasında rəhbər dəyişikliyi olacaq

11 Avqust 2017 14:43

Avropa Klublar Assosiasiyasının (ECA) rəhbərliyində dəyişiklik olacaq. Qurumun sədri Karl-Hayns Rummenige rəhbərlik müddəti bitəndən sonra postunu tərk edəcək.  Həm də Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin sədri olan Rummenige növbəti seçkilərdə namizədliyini verməyəcəyini açıqlayıb. 2008-ci il yanvarın 21-də təsis olunan qurumun ilk sədir kimi tarixə düşən almaniyalı postunda yenilik olmasını istədiyini bildirib.