Gündəm

Kliniki ölüm keçirən aktrisa dəfn edilmir - Anası imkan vermir 

11 Avqust 2017 16:10

Türkiyədə dünyasını dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatından ayrılmayıb. Anası onun həyata qayıdacağına ümid bəslədiyi üçün buna razılıq vermir. Hansı ki, aktrisanın xalasıqızı Rübabə Səfərova saytımıza açıqlamasında onun bugün saat 12:00 radələrində süni nəfəs aparatından ayrılaraq dəfn olunacağını demişdi.

İrəvanda üsyan çağırışı: "Silahlanın, ölkəni Sarkisyandan azad edək!"

11 Avqust 2017 16:07

Bu gün İrəvanda erməni müxalifətçi Jirayr Sefilyan və digər siyasi məhbusların məhkəmə iclası keçirilib. İclasın təxirə salınmasından sonra, siyasi məhbusları dəstəkləyən şəxslər hökümət orqanlarının qarşısında etiraz aksiyası keçiriblər.

8 min 918 polisin iştirakı ilə əməliyyat – 251 nəfər saxlanıldı

11 Avqust 2017 16:05

Türkiyə daxilində 8 min 918 polisin iştirakı uşaqların qorunmasına istiqamətində əməliyyat həyat keçirilib. “Olaylar” bildirir ki, 251 nəfər saxlanılıb, 327 iş yeri haqqında inzibati tədbir görülüb. Eyni vaxtda 81 ayrı – ayrı yerdə həyata keçirilən əməliyyat uşaq oğrularına qarşı olub.

İrandan şok qərar: Türk Fraksiyası ləğv edildi

11 Avqust 2017 16:00

İran parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası "türk sözünün yaratdığı həssaslıqlar" səbəbilə buraxılıb. Bu barədə məlumatı Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdar deyib. O bildirib ki, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət yeni fraksiya yaradılacaq: "Bilmirəm, "türkdillilər" sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar".

Avtomobil qaçıran 2 şəxs saxlanıb

11 Avqust 2017 15:56

İyunun 24-də Bakı şəhər sakini Şaiq Alıyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində maqda şübhəli bilinən paytaxt sakini Aleksey Litvinenko tutulub. Bundan başqa, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Bakı şəhər sakini Elmar Ocaqquliyevə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qrupun digər üzvü - paytaxt sakini Aslan Əliyev tutulub.

Batmaq təhlükəsilə üzləşən əcnəbi xilas edildi

11 Avqust 2017 15:55

Xəzər dənizində batmaq təhlükəsilə üzləşən əcnəbi xilzas edilib. Gövqəladə Hallar Nazirliyindən “Olaylar”a veriln məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər (xarici vətəndaş) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:00-da başa çatmışdır.

Olimpiya və dünya çempionlarımız zirvədə!

11 Avqust 2017 15:48

Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.  Olimpiya çəkiləri üzrə açıqlanan "Top-10" Azərbaycan üçün uğurlu saymaq olar.

Bakcell Ulduzum abunəçiləri üçün “Qatar Airways”dən xüsusi endirim

11 Avqust 2017 15:37

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Qatar Airways şirkəti ilə əldə etdiyi razılığa əsasən Bakcell Ulduzum istifadəçilərinə aviaşirkət tərəfindən xüsusi endirim təklif olunacaq.

Şok kadrlar: zibillikdə körpə tapıldı - VİDEO 

11 Avqust 2017 15:33

Zibilxanada, əskilərin və tullantıların altında olan körpə təsadüf nəticəsində ölümdən qurtulub. Zibilxananın yanından keçən iki şəxs orada uşağın ağladığını eşidiblər və tullantıları eşələyərək körpəni üzə çıxarıblar.

Azərbaycan prezidenti yüngül atletika üzrə dünya çempionu Ramil Quliyevi təbrik edib

11 Avqust 2017 15:29

Azərbaycan prezidenti İlham Əliyev Ramil Quliyevi yüngül atletika üzrə dünya çempionu olması münasibəti ilə təbrik edib.

Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhərində seminar-müşavirə keçirib

11 Avqust 2017 15:28

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı yerli qurumlarının əməkdaşları üçün izahat işlərini respublikamızın bölgələrində də davam etdirir. Bu məqsədlə Fond tərəfindən Gəncə şəhərində seminar-müşavirə keçirilib.

Azərbaycan mədəniyyəti Latviyada təbliğ olunacaq - Səfir Bilik Fondunda

11 Avqust 2017 15:26

Latviya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Juris Maklakovs  Bilik Fondunun qonağı olub. Fonddan “Olaylar” – a bildirilib ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səfirə rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri, strukturu, iş prinsipi və maarifçilik istiqamətində həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Latviya və Azərbaycan arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini xatırladan O.Səmədov ötən ay Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşünün keçirildiyini xatırladıb.

Danimarkalı siyasətçi: "23 avqustda “Qarabağ”a dəstək üçün stadionda olacağıq"

11 Avqust 2017 15:26

Danimarka parlamentinin sabiq millət vəkili, hər zaman bu ölkədə Ermənistanın işğalçılıq siyasətini sərt tənqidi ilə seçilən Hüseyin Arac 23 avqustda baş tutacaq "Kopengahen" və "Qarabağ" oyununda doğma komandamızı dəstəkləyəcəyini bildirib.

Ərlə arvad evlərində yandı

11 Avqust 2017 15:24

Saatlı rayonunun Dədəqorqud kəndində evlərdən birində yanğın hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, avqustun 10-da saat 11 radələrində də baş verən yanğın kənd sakini Məhəbbət Məmmədovun evində baş verib. Nəticədə evin 20 kvm. sahəsində mətbəxin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri alan ev sahibi və arvadı xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Soyğunçular ələ keçdilər

11 Avqust 2017 15:23

Bakı şəhər sakininə qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər tutulublar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 10-da saat 2 radələrində Nəsimi rayonunun Moskva prospektində 2 naməlum şəxs Bakı şəhər sakini İlqar Ağayevə zor tətbiq edərək pulunu və mobil telefonunu alıb.