Olimpiya və dünya çempionlarımız zirvədə!
Dünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Olimpiya çəkiləri üzrə açıqlanan "Top-10" Azərbaycan üçün uğurlu saymaq olar.
11 Avqust 2017 15:48 İdmanDünya Taekvondo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Olimpiya çəkiləri üzrə açıqlanan "Top-10" Azərbaycan üçün uğurlu saymaq olar.
Avqust üçün tərtib olunan siyahıda yığmamızın 4 taekvondoçusu yer alıb. Belə ki, Rio-2016-nın qalibi Radik İsayev +80 kq çəki dərəcəsində yenə də birincidi. Aktivində 482.93 xalı olan idmançımız ən yaxın izləyicisi Abdul İssfu (Niger) 76,62 xal qabaqlayır. Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də bütün rəqiblərindən yüksəkdədi. B dəfə də liderliyini qoruyan təmsilçimiz ikinci yerdə olan Şeyx Saleh Junior Sissedən (Fil Dişi Sahili) 45.62 xal öndədi - 460,96. 68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə isə 9-cu pillədədi. Avropa Oyunlarının qalibi 192,17 reytinq xalına malikdi.
Olimpiya mükafatçımız Patimat Abakarova (49 kq) da Tağızadə kimi 9-cu yerdədi. Onun aktivində 211,53 xalı var. Apasport.az