Gündəm
Telekanallarda ədəbi dilin qaydaları ilə bağlı monitorinqin nəticələri açıqlanacaq
Bu ilin iyun-iyul aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələri gələn həftə açıqlanacaq. Milli Televiziya və Radio Şurasından (MTRŞ) APA-ya verilən məlumata görə, bununla bağlı avqustun 15-i saat 15.00-da Şuranın inzibati binasında konfrans keçiriləcək. Konfransda monitorinqlərin nəticələri ictimaiyyətə açıqlanacaq. Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri, dilçi alimləri, teleradio yayımçılarının nümayəndələrinin konfransda iştirakı nəzərdə tutulur.
Ekspert: Tütünçülüyün sığorta mexanizmlərinin yaradılması xüsusi yanaşma tələb etmir
Tütünçülük kənd təsərrüfatının sahələrindən biridir, ona görə də bu sahədə sığorta şərtləri və müqavilələr digər kənd təsərrüfatı sahələrinin sığorta müqavilələrindən kəskin fərqlənməyəcək.
Pakistanda PARTLAYIŞ - 3 ölü, 25 yaralı
Pakistanın şimal-qərbində avtomobildə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb. Yerli işçiləri aparan avtomobil partlayıcının üzərinə çıxıb.
Bakıda piyadanı vuraraq qaçan sürücü həbs edilib
Bakıda piyadanı vuraraq qaçan sürücü həbs edilib. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, Xəzər rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Tramp: “Şimali Koreya ilə döyüşə hazırıq”
ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib. “Hərbi arsenalımız artıq tam öz yerindədir, doldurulub və döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa”, - deyə o, “Twitter”də yazıb. D. Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya lideri Kim Çen In başqa yol tapacaq.
Ali məktəblərə qəbulla bağlı müsabiqənin nəticələri bu gün elan olunacaq
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmiş abituriyentlərə müraciət edib. DİM-dən verilən xəbərə görə, müsabiqənin nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.
21 yaşlı gənc edam olundu
İranda 21 yaşlı gəncin edam olunması Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən tənqid edilib. Cinayət və təcavüzə görə 15 yaşında həbs edilən İran vətəndaşı Alireza Tajiki 6 il həbsdən sonra edam edilib.
Futbolçu kimi transfer oldular, hamısı fahişə çıxdı - Müştərilərlə müdhiş görüş planı
Bursa polisi Türkiyə daxilində hər il qadın "transfer"i edib qarşılığında mükafat alan menecerləri saxlayıb. 3 aylıq təqibin ardından şəbəkə üzvlərinin fahişəliyə məcbur etdikləri qadınlarla əlaqədar "Yeni transferləri göndərirəm, 3 illik müqaviləyə imza atdılar, müdafiəçi mövqeyində oynayır" kimi şifrəli danışıqlar ortaya çıxarılıb.
Bekhem "Real"a qayıtdı
Devid Bekhem sabiq klubu "Real"a qayıdıb. O, Madrid təmsilçisinin səfiri təyin edilib. Bu barədə "kral klubu"nun prezidenti Florentino Peres məlumat verib: "Dahi futbolçular 2000-ci ildən bizə "Real"ın daha müsbət obraz almasına kömək etdilər. Komandamızda Fiqo, Zidan, Ronaldo və Bekhem kimi futbolçular çıxış etdilər. Onlarla görüşəndə kluba qayıtmaqlarından məmnun olacağımı dedim. Zidan hazırda komandanın baş məşqçisidi. Digərləsi isə bizim nümayəndələrimiz sayılırlar. Bekhem bundan sonra "Real"ın səfiri kimi fəaliyyət göstərəcək".
Somalidə məscid yaxınlığında partlayış
Somalinin paytaxtı Moqadişoda intiharçı terrorçu məscid yaxınlığında özünü partladıb. Hadisə nəticəsində bir hərbçi həlak olub. Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib. Partlayışın "Əş-Şabab" terror təşkilatı tərəfindən törədildiyi ehtimal olunur.
Nazirlikdən vergi ödəyicilərinə xəbərdarlıq
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmza olmalıdır.
Muzdla işləyənlərin 7,3 faizi tikinti sektorunda çalışıb
Cari il iyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 527,7 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 7,3 faizi tikinti və 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində məşğul olublar. Həmin müddət ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 522 manat təşkil edib. Tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Dəkkə beynəlxalq aeroportunda yanğın
Banqladeşin paytaxtı Dəkkə beynəlxalq aeroportunda yanğın baş verib. Yanğınla əlaqədar sərnişin və aeroport əməkdaşları təxliyə edilib. Aeroport nümayəndəsinin sözlərinə görə, yanğın aeroportun binasında başlayıb. Hadisə yerinə yanğın söndürənlər cəlb olunub.
Qadını zorlayan şəxsi 4 il sonra qol saatı ələ verdi
Diyarbəkirdə 5 il əvvəl 37 yaşlı fiziki əngəlli qadını zorlayan 19 yaşlı şübhəlini qolundan açılıb düşən saatdan götürülən DNT nümunəsi ələ verib. 2012-ci ildə 37 yaşlı fiziki qüsurlu qadını zorladıqdan sonra hadisə yerindən qaçarkən qolundan açılıb düşən qol saatında aprılan test nümunəsindən sonra şəxsiyyəti təsbit edilərək 4 il sonra tutulan 19 yaşlı Berat Eşsiz 25 il azadlıqdan məhrum edilib.
KİV əməkdaşları: Jurnalist ailələrinə bəxş etdiyiniz sevinc xeyirxahlığın, humanistliyin ali məqamıdır
Jurnalistlər üçün tikilən ikinci yaşayış binası Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlətimizin başçısının bu nəcib təşəbbüsü sayəsində daha 255 media işçisi mənzil sahibi olub. Həmin gün üçüncü binanın da təməli qoyulub.














