Gündəm
Paytaxt sakinləri pullu yoxsa, pulsuz çimərliklərə gedir? - SORĞU
Abşeron yayının yaraşığı, ilin yerdə qalan fəsillərində səbirsizliklə gözlədiyimiz bir şey də var ki, bu da çimərlik mövsümüdür. Cəmi bir neçə ay davam edən mövsümü hər kəs dəyərləndirməyə çalışır. Kimsə dənizdə çimmək, kimsə sərinləmək, kimsə isə qaralmaq üçün üz tutur Xəzərin sahilinə.
Azərbaycanlı tələbələrin Macarıstanda maliyyələşməsi problemi həll olundu
Macarıstan ali məktəblərində 2017-2018-ci tədris ili üzrə təhsil almaq üçün azərbaycanlı tələbələrin seçimi yekunlaşıb. Təhsil Nazirliyindən verilən məlumata görə, "Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı" çərçivəsində təşkil olunmuş seçimləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Macarıstan tərəfi ilə birgə aparıb. Macarıstan təqaüd heyəti və ali təhsil müəssisələri tərəfindən namizədlərin sənədləri təhlil olunduqdan sonra yekun qərar verilib. Seçimlərin nəticələrinə əsasən, 200 nəfər Macarıstan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Türkiyədə ABŞ təyyarəsini vurmaq istəyən rusiyalı İŞİD-çiyə cəza verildi
Türkiyədə ələ keçirilən İŞİD-çi, Rusiya vətəndaşı Rinat Bakiyevə həbs cəzası verilib. İŞİD-çi Türkiyə ərazisində, İncirlikdə yerləşən ABŞ hərbi bazasında terror aktı törətmək istəyib. Görüntülərdən də dəqiqləşdirilən terror hazırlığını inkar edən Rinat Bakiyevin ələvilərin mərkəz assosiasiyasında terror planlaşdırdığı da öz təsdiqini tapıb.
Şimali Vəziristandan Hələbə qədər: Rövşən Qədirov, nəhayət, Əsədin aviasiyasına tuş gəlir…
Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada radikal dinçi silahlı birləşmələrin tərkibində döyüşüb Azərbaycana qayıdan və yaxalanan daha bir cihadçının işinə baxılır.
Gürcüstan Rusiyanın addımını pislədi - Bəyanat
Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat yayıb. Məlumata görə, bəyanatda Rusiyanın bu addımı yerli əhalinin fundamental hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.
PKK-ya qarşı növbəti əməliyyat – 3 terrorçu silahlarla birlikdə məhv edilib
Türkiyə Silahlı Qüvvələri bu gün PKK terror təşkilatına qarşı növbəti əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində Hakkari rayonun Şəmdinli qəsəbəsinə bağlı Qaradağ bölgəsində müəyyən edilən 3 terrorçu və xeyli sayda silah-sursat havadan endirilən zərbələr nəticəsində zərərsizləşdirilib.
Novosibirskdə təyyarə qəzası - 1 ölü
Rusiyanın Novosibirsk şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub. Təyyarənin düşdüyü yerdə yanğın qeydə alınıb. Yanğının qarşısı qısa müddətdə alınıb.
Kərə yağı bahadırmı? - Ekspert rəyi
Son günlər kərə yağının qiymətində bahalaşma müşahidə olunur. İyun ayında Avropada kərə yağı 14%, 2017-ci ilin əvvəlindən isə 100% bahalaşıb. Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva açıqlamasında bildirib ki, dünya bazarında kərə yağının qiymətində artım müşahidə edilir.
Aİ-nin yeni inteqrasiya konsepti: 4 səviyyəli funksional struktur
Bir neçə ildir ki, Qərb mütəxəssisləri Avropa İttifaqının gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Burada bədbin sonluqdan tutmuş, nikbin modellərə qədər çoxsaylı yanaşmalar özünü göstərir. Analitiklərin arasında fikir müxtəlifliyinin olması Aİ-nin özünün qeyri-müəyyənliklər içində olması ilə izah oluna bilər.
Ekspert: “Ermənistan iqtidarı terrorçulardan ibarət quruplaşmaların əlindədir”
“7 avqust tarixində Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur”.
Rəcəb Tayyib Ərdoğan Ramil Quliyevə təbrik teleqramı göndərib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında qızıl medal qazanan Ramil Quliyevi təbrik edib. Bu haqda Türkiyə prezidentin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, R.T.Ərdoğan dünya çempionatında birinci yeri tutan Ramil Quliyevə teleqram göndərərək ona təbriklərini çatdırıb.
Ölən aktrisa üçün kömək istədi: "Yoxsa, kimsəsizlər qəbirstanlığında basdırılacaq"
Əminənin Türkiyədə basdırılmasına imkan verməyin. Xahiş edirəm, pul toplayın ki, Əminənin meyitini Bakıya gətirə bilək. Meyitin gətirilməsi üçün çox pul istəyirlər. 1 manat da olsa, kömək edin.
1 saat dilə tuta bilmədilər: 20 yaşlı gəncin intihar anının VİDEOsu
İstanbulun Kadıköy ərazisində 6 mərtəbəli binanın damına çıxan 20 yaşlı Musa K. adlı gənc, 1 saat davam edən danışıqlara baxmayaraq özünü binadan atıb. Xilasetmə qruplarının hava yastığına düşən gənc xəstəxanaya çatdırılıb.
Evləndirmə verilişinə çıxan bəy namizədi həbs edildi
Seda Sayanla Uğur Aslanın apardığı "Evleneceksen gel" qatılan və "Apaçi" rəqsi ilə məşhurlaşan bəy namizədi Mustafa B. həbs edilib. O, ötən gün günorta saatlarında səkidə yeriyən bir qadının əlindən telefonunu alaraq qaçmaqda günahlandırılır. Mustafanın evində aparılmış yoxlamalar zamanı həmin qadına məxsus telefon tapılıb.
Çaylarda vəziyyət açıqlanıb
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-50, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 11-də Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub.














