PKK-ya qarşı növbəti əməliyyat – 3 terrorçu silahlarla birlikdə məhv edilib
Türkiyə Silahlı Qüvvələri bu gün PKK terror təşkilatına qarşı növbəti əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində Hakkari rayonun Şəmdinli qəsəbəsinə bağlı Qaradağ bölgəsində müəyyən edilən 3 terrorçu və xeyli sayda silah-sursat havadan endirilən zərbələr nəticəsində zərərsizləşdirilib.
11 Avqust 2017 17:33 DünyaTürkiyə Silahlı Qüvvələri bu gün PKK terror təşkilatına qarşı növbəti əməliyyatlara başlayıb. Əməliyyatlar çərçivəsində Hakkari rayonun Şəmdinli qəsəbəsinə bağlı Qaradağ bölgəsində müəyyən edilən 3 terrorçu və xeyli sayda silah-sursat havadan endirilən zərbələr nəticəsində zərərsizləşdirilib. Həmçinin Ziyarət və Cami Təpə bölgələrində aparılan axtarışlar zamanı 30 metr uzunluğunda 4 otaqlı və 5 metr uzunluğunda tək otaqlı 2 mağara aşkarlanıb. Mağaralarda xeyli sayda silah-sursat müsadirə edilib. Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir.