Gündəm

Hərbi hissədə dini maarifləndirmə tədbiri keçirilib

11 Avqust 2017 18:55

Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir  keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin Tərbiyəvi işlər üzrə müavini polkovnik-leytenant Əli Qasımov ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb, tolerant ənənələrin milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini qeyd edib. Əli Qasımov, eyni zamanda, “Fitnə” sənədli filminin demək olar ki, bütün hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Sağlam və qüsursuz uşaq dünyaya gətirmək İSTƏYİRSİZSƏ, BUNLARI EDİN!

11 Avqust 2017 18:53

Sağlam, qüsursuz uşaq dünyaya gətirmək üçün qadınlar hamiləlik müddətində B3 vitamini qəbul etməlidirlər. Bununla bağlı Avstraliyalı alimlər 12 il araşdırma aparıb. Alimlərin sözlərinə görə, bu vitamin hamiləliyin erkən sonlanması faizini də azalda bilər. Viktor Çang Kardiak Araşdırma İnstititutundan genetik alim Salli Dunvudie bu araşdırma üçün ilk olaraq hamiləlikdə düşük və qüsurlu uşaqların dünyaya gəlməsi halları arasında oxşarlığı axtardıqlarını deyib.

“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunur

11 Avqust 2017 18:50

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin  Nəqliyyat  Donanmasına  məxsus “Nəriman Nərimanov” tankeri  “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdədir. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, gəmidə olan  bütün  maşın  və  mexanizmlər,  baş  və  köməkçi  mühərriklər, boru sistemləri, eləcə də  nasoslar,  separatorlar, soyuducular, kompressorlar  sökülərək əsaslı təmir olunur.

Samuraylarla bağlı DƏHŞƏTLİ FAKTLAR: qılıncı salıb bunu edirdilər ki...

11 Avqust 2017 18:45

Samuraylar öz xalqlarının şərəfini, adət-ənənələrini həyatlarından belə üstün tutan kişilər idilər. Onların hətta ölümləri adlarına layiq olurdu. Samuraylar öz əllərilə qarınlarına qılıncla zərbə yetirib, intihar edirdilər.

“Fənərbaxça” Roberto Soldadonun transferini rəsmiləşdirib

11 Avqust 2017 18:40

“Fənərbaxça” “Vilyarreal”ın futbolçusu Roberto Soldadonun transferini rəsmiləşdirib. 32 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. “Fənərbaxça”nın ispaniyalı futbolçunun transferi üçün qarşı tərəfə 4.5 milyon avro ödədədiyi iddia edilir.

Əli Kərimli - müxalifətin Ostap BenderiSİYASİ RAKURS

11 Avqust 2017 18:37

Əli Kərimli barədə cəbhəçi, AXCP-nin Sabirabad şöbəsinin fəallarından sayılan Paşa Umudovun ortaya çıxardığı faktların ardınca, bird aha bəlli oldu ki, cəbhə sədri məhz “AXCP brendi” adı altında maliyyə maxinasiyaları ilə məşğul olan dələduzdan başqa heç kim deyil. Onu da qeyd edək ki, Ə.Kərimlinin ifşaları çoxaldıqca, onun sosial şəbəkədəki zombi dəstəsi daha da aqressivləşir, bu isə belə qənaətə gəlməyə zəmin yaradır ki, ortaya çıxan hər bir fakt dəqiqdir, Kərimli isə bu faktlar qarşısında aciz qalıb. Bu baxımdan, daxilindəki aqressiyasını gizlədə bilmir.

Aldadılan qadından ağılagəlməz intiqam - VİDEO

11 Avqust 2017 18:36

Aldadılan qadın intiqamını sevgilisinin avtomobilindən çıxıb. İngiltərənin paytaxtı Londonda xəyanətə məruz qalan qadın dəliyə dönüb. Sevgilisinin avtomobilini əzməyə başlayan qadın sakitləşə bilməyib.

Misirdə qatarlar toqquşub - Ölən və yaralananlar var

11 Avqust 2017 18:31

Misirin İsgəndəriyyə şəhəri yaxınlığında iki qatar toqquşub. Məlumata görə, bir neçə nəfər həlak olub, onlarla sərnişin xəsarət alıb. İtkilər və xəsarət alanların dəqiq sayı barədə məlumat verilməyib.

Məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

11 Avqust 2017 18:30

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 7997 ərizənin onlayn qeydiyyatı (11.08.2017-ci il tarixinə saat 18:00-a olan məlumata əsasən) aparılıb.

Zaqatala-Balakən-Mazımçay avtomobil yolunun təmirinə 24,6 milyon manat ayrılıb

11 Avqust 2017 18:25

Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İlham Əliyev Azərpaşa Nemətovu “Vətənə xidmətə görə” ordeni təltif edib

11 Avqust 2017 18:26

Prezident İlham Əliyev Azərpaşa Nemətovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tramp: "Şimali Koreya ilə döyüşə hazırıq"

11 Avqust 2017 18:22

ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.  "Hərbi arsenalımız artıq tam öz yerindədir, doldurulub və döyüşə hazırdır, əgər Şimali Koreya özünü ağıllı aparmasa", - o, "Twitter"də yazıb.   D.Tramp ümid etdiyini bildirib ki, Şimali Koreya lideri Kim Çen In başqa yol tapacaq.

Qərblə Şərqi barışdıran SIFIRIN TARİXİ

11 Avqust 2017 18:14

Sıfır riyaziyyatın və mühəndisliyin təməlini qoyan rəqəmdir. Hər şeydən öncə bu rəqəm gələcəyi təxmin etməyimizi təmin edir. Bunu anlamaq və sıfırın gücünü görmək üçün öncə onun necə meydana gəlməsi və tarix boyu apardığı mübarizəni bilmək lazımdır. Sıfır rəqəmi konsept olaraq çox qədim zamanlardan bəri mövcud olub. Babillərin yazdığı gil lövhələrdə və Mayya yazılarında qarşımıza çıxan bu rəqəm mövsümlərin bir-birini əvəzləməsi ilə bağlı hesablamalarda istifadə edilib. Qədimdə alimlər bir rəqəmin yoxluğunu bildirmək üçün sıfırdan istifadə edib. Eynən müasir dövrdə 101 dediyimiz zaman 10-luq pilləsində hər hansı rəqəmin olmadığını nəzərdə tutduğumuz kimi.

Eynşteynin şəhadətnaməsi : "2" alıbmış "3" yazıblar

11 Avqust 2017 18:12

20-ci əsrin dahilərindən olan Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində yəhudi ailəsində anadan olub. Hər kəs onun gec dil açdığını düşünsə də, o əslində danışmağı bilib sadəcə özü heç kəslə danışmayıb. İbtidai təhsilini yerli katolik məktəbində alıb.

Tovuzda çoban döyülüb

11 Avqust 2017 18:08

Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. Hadisə Kür çayının yaxınlığında qeydə alınıb. Orada qoyun otaran Əlimərdanlı kənd sakini 1976-cı il təvəllüdlü Pərviz Qasımov başqa bir şəxslə mübahisə zəminində döyülüb. Müxtəlif bədən xəsarətləri alan çoban xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. aktla bağlı araşdırma aparılır.