Zaqatala-Balakən-Mazımçay avtomobil yolunun təmirinə 24,6 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
11 Avqust 2017 18:25 SiyasətAzərbaycan prezidenti İlham Əliyev M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 24,6 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31