Dəkkə beynəlxalq aeroportunda yanğın

Banqladeşin paytaxtı Dəkkə beynəlxalq aeroportunda yanğın baş verib. Yanğınla əlaqədar sərnişin və aeroport əməkdaşları təxliyə edilib. Aeroport nümayəndəsinin sözlərinə görə, yanğın aeroportun binasında başlayıb. Hadisə yerinə yanğın söndürənlər cəlb olunub. 

Banqladeşin paytaxtı Dəkkə beynəlxalq aeroportunda yanğın baş verib. Yanğınla əlaqədar sərnişin və aeroport əməkdaşları təxliyə edilib. Aeroport nümayəndəsinin sözlərinə görə, yanğın aeroportun binasında başlayıb. Hadisə yerinə yanğın söndürənlər cəlb olunub. Aeroportda elektrik verilişi dayandırılıb. Şahidlərin sözlərinə görə, aeroport bınasında güclü tüstülənmə var. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31