Rusiya müharibəyə hazırlaşır? - Putin icazə üçün Dumaya MÜRACİƏT ETDİ
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasından Belarus və Ukrayna sərhədində Hava Hücumundan Müdafiə qoşunlarından istifadə edilməsinə icazə verməyi xahiş edib. Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi qanun layihənin qəbulu Rusiya Silahlı Qüvvələrinə Belarus və Ukraynanın sərhədində hava hücumuna qarşı müdafiə qoşunlarından istifadə etməyə icazə verəcək.
11 Avqust 2017 13:31 DünyaRusiya prezidenti Vladimir Putin Dövlət Dumasından Belarus və Ukrayna sərhədində Hava Hücumundan Müdafiə qoşunlarından istifadə edilməsinə icazə verməyi xahiş edib. Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi qanun layihənin qəbulu Rusiya Silahlı Qüvvələrinə Belarus və Ukraynanın sərhədində hava hücumuna qarşı müdafiə qoşunlarından istifadə etməyə icazə verəcək. Dünən isə hərbi ekspert, jurnalist Yuri Butusov Ukraynanın "Obozrevatel" nəşrinə bildirib ki, Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə yetirirlər". Hərbi ekspert hesab edir ki, Rusiyada yalnız Donbas deyil, həm də Xarkov vilayətinə müdaxilə ssenariləri var. Butusov bu kontekstdə 2008-ci ildə Gürcüstanla Rusiyanın müharibəsindən əvvəl baş verən hadisələri xatırladıb. Publika.az Rusiya KİV-inə istinadən xəbər verir.