Gündəm
Millət vəkili: “Ermənistana işğalçı gözüylə baxılmalıdır”
"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyir ki, artıq Azərbaycanla Ermənistan arasında qarşılıqlı güvən yaratmanın zamanı gəlib çatıb. Onun dediyinə görə Minsk qrupuna həmsədrlik edən digər ölkə- Rusiya da bu fikirləri bölüşür. Deməyinə deyirlər, amma aralarında son 25 ildə heç vaxt indiki qədər ziddiyyət və güvənsizlik olmayan bu iki ölkənin əl-ələ verib bizim regionda qarşılıqlı güvən yaradacaqları təəssüf ki, ağlabatan deyil". Bunu millət vəkili Sahib Alıyev deyib.
Təmir sexinin seyfindən pul oğurlanıb
Bərdə rayonu ərazisindəki elektrik avadanlıqlarının təmiri sexlərindən birində oğurluq törətməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 9-da Bərdə rayonu ərazisindəki elektrik avadanlıqlarının təmiri sexlərindən birində seyfdən 920 manat pul və videoqeydiyyat qurğusunu oğurlmaqda şübhəli bilinən şəhər sakini Azər Lətifi Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Polis avtomobilinə hücumu -2 ölü
Pakistanın Kəraçi şəhərində polis avtomobilinə silahlı hücum olub. “Olaylar” bildirir ki, hücum zamanı iki polis həlak olub. Polis müfəttişi Zülfikar Larik bildirir ki, hadisəsi ilə bağlı istintaq başladılıb.
Evlərdən pul və qızıl aparan tutulub
Paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birindən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də rayon ərazisindəki evlərdən birindən 1700 manat, 75 ABŞ doları, habelə 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elmin Cəfərov tutulub.
Paytaxtda ağır qəza-ölən və yaralanan var
Avqustun 11-də saat 2 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakinləri Şəfa Zeynalovun idarə etdiyi “Mercedes” və Orxan Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə Ş.Zeynalov hadisə yerində ölüb, O.Məmmədov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Azərbaycanda kərə yağı problemi - Səbəb nədir?
Elə bu səbəbdəndir ki, ölkəyə süd idxalı kəskin artıb. Belə ki, 2016-ci ilin ilk 6 ayı ərzində respublikaya 3,425.79 dollarlıq 2,306.97 ton süd idxal olunduğu halda, 2017-ci ilin ilk 6 ayı ərzində 5,814.76 dollarlıq 3,656.99 ton süd gətirilib. Yerli süd istehsalı azaldığından kərə yağının istehsalı da aşağı düşüb. 2016-cı ilin ilk 6 ayı ərzində ölkəyə 27,570.32 dollarlıq 7,801.71 ton kərə yağı idxal olunub.
Arda Turan: "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı"
"Barselona" klubunun ulduz futbolçusu Arda Turan azərbaycanlı idmançı Ramil Quliyevi Dünya Çempionu olması münasibətilə təbrik edib. Arda Turan sosial şəbəkə hesabında "Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı" yazıb". O, Ramil Quliyevin şəklini paylaşaraq idmançının rəsmi səhifəsini qeyd edib.
"Torpaqlar ikinci məsələdir" - Azərbaycan bu yolla düşməni DİZ ÇÖKDÜRÜR: Papyan ETİRAF ETDİ
"Azərbaycan Dağlıq Qarabağda tammiqyaslı hərbi addımlara getmədən, istədiyinə nail olur”. Onun sözlərinə görə, Azərbaycan lokal əməliyyatlarla müharibənin köhnəlməsinə imkan vermir. “Bunun nəticəsində Ermənistan və Qarabağda miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaqlar ikinci məsələdir, birinci məsələ insanlardır, çünki torpağı onlar müdafiə edir”, - deyə o bildirib.
Yanan yataqxananın sakinləri yeni binalara köçürüləcək
Avqustun 4-də Sumqayıt Dövlət Universitetinin İsmət Qayıbov küçəsində yerləşən 114 ailənin yaşadığı beşmərtəbəli tələbə yataqxanansının üçüncü mərtəbəsində elektrik şəbəkəsində yaranmış qısaqapanmadan sonra yanğın hadisəsi baş verib. Nəticədə 100 kvadratmetr sahə əşyaları ilə birlikdə yanıb. Yanğın nəticəsində evsiz qalan 22 məcburi köçkün ailəsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən çadırlar quraşdırılıb.
“Yol alıb çıxıram 50 yaşımdan”- ELÇİN MİRZƏBƏYLİYƏ YUBİLEY TƏBRİKİ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair, politoloq Elçin Mirzəbəylinin 50 illik yubileyidir. 50 illik ömür tarixçəsinə nəzər salmaq kifayət edir ki, Elçin Mirzəbəylinin nə qədər səmimi, intellektual, vətənpərvər bir şəxsiyyət olduğunu anlayasan.
“Əliyev İcevanla Zəngəzuru almaq istəyir. Bu da olacaq” – Ermənistanın sabiq Kanada səfiri
Erməni politoloq, “Modus Vivendi” mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmadan Dağlıq Qarabağda istədiyinə nail olur.
Rəqs edən milyonçunun başı dərddə: banklar onu axtarır
İnstagram-da paylaşdığı fotolar və videolarla məşhurlaşan, sosial şəbəkələrdə "rəqs edən milyonçu" kimi tanınan 50 yaşlı Canluka Vakkinin ciddi problemləri var. Sadəcə, İnstagram-dakı profilinin 11 milyondan artıq daimi təqibçisi olan 50 yaşlı italyan iş adamı lüks həyatının əks olunduğu paylaşımlarla tanınır.
Dekan müavini: “Ana dili millətin mənəvi diriliyidir"
"Ümumiyyətlə, insanın dil qabiliyyəti çoxlu suallar doğurur. Dilə yiyələnmə irsi amildən, mühitdən, davranışdan asılı olaraq bir neçə mərhələyə bölünür. Odur ki, ana dilində təhsil alanların digərlərinə nisbətən mədəni irsinə, keçmişinə daha bağlı olduğu müşahidə edilir".
Hacı Tofiq: " Körpələrim erməni terrorunun qurbanı oldular" -PAYLAŞIN HAMI BİLSİN
Bu günlərdə vətənpərvər ziyalımız professor, Əjdər İsmayılov şəhid olmuş günahsız körpələrin xatirəsinə hörmət əlaməti olaraq abidə qoyulması ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir.
Bir həftənin gəlini faciəvi şəkildə öldü: əri hamamın qapısını açanda ...
Manisa şəhərinin Turqutlu rayonunda yaşadığı evin hamamında huşsuz halda tapılan 1 həftənin gəlini, çatdırıldığı xəstəxanada həyatını itirib. 1 həftə imiş ailə həyatı quran Beste P. (17) duşa girib. Gənc qadından xəbər ala bilməyən həyat yoldaşı və anası evə gəldiklərində gördüklərindən şok olublar. Besteni hamamda hərəkətsiz vəziyyətdə görən qayınanası və həyat yoldaşı təcili yardım çağırıb. Hadisə yerinə gələn tibb işçiləri gəlini dərhal xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.









.jpg)




