Gündəm

İŞİD İranı təhdid etdi

11 Avqust 2017 12:37

İraq-Suriya sərhədinin  Tanaf mahalında İŞİD terror təşkilatı iranlı əsgər Muhsin Hocecinin boğazını kəsərək, internet vaistəsi ilə  görüntüləri paylaşıb. İran rəsmiləri İŞİD - ə kəskin etirazlarını bildiriblər. Hadisəyə ilk cavabı İran İnqilab Mühafizəsi dəstəsinin  Qüds üzrə  komandiri Qasım Süleymanidən gəldi: “Şəhidlərimizn qanına and olsun ki, biz onların hamısını öldürmədən rahat olmayacayıq” – deyə, bildirib.

Bölgələrdə reyd

11 Avqust 2017 12:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 Saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Lənkəran, Lerik, Yardımlı, Masallı, Astara, Cəlilabad) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.  “Olaylar” bildirir ki, keçirilən reyd zamanı Lənkəran rayonu Aşağı Nüvədi bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 24-40 sm diametrdə yaşköküstə 8 söyüd ağacının kəsildiyi aşkar olunub. Araşdırma zamanı ağacların Aşağı Nüvədi qəsəbə sakini Ramik Bağırov tərəfindən kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və qanun pozucusuna 2450 manat məbləğində ziyan tətbiq edilib. 

3 terrorçu məhv edildi

11 Avqust 2017 12:35

Türk Silahlı Qüvvələri Şemdinli vilayətində PKKterroq qruplaşmasına qarşı əməliyyat həyata keçirib. “Olaylar” bildirir ki, 40 dərəcə istidə həyata keçirilən əməliyyat zamanı üç terrorçu məhv edilib. Əməliyyat iki fərqli mağarada həyata keçirilib. Təhlükəsizlik qüvvələri mağarada müxtəlih silah – sürsat ələ kçiriblər.

Çində avtoqəza – 36 ölü

11 Avqust 2017 12:34

Çinin Şaanşi əyaletinin Ankang şəhərində avtobus Pekin-Kunming avtomobil yolunda yerləşən Çininq tunelinə çırğılıb. “Olaylar” bildirir ki, avtobusda 49  sərnişin olub. Qəza zamanı 36 nəfər həlak olub, 13 nəfər isə ağır yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Yunus Oğuzun yeni  romanı - “Ovçu”

11 Avqust 2017 12:16

“Olaylar”ın verdiyi məlumata görə, bu günlərdə yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyevə həsr etdiyi “Ovçu” adlı romanını bitirib.

Baş nazir də Ramil Quliyevi təbrik etdi

11 Avqust 2017 12:13

Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu Ramil Quliyevi təbrik edib. Bu barədə Türkiyə Baş nazirinin administrasiyasına istinadən məlumat verib. R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.

Saakaşvili Macarıstana getdi

11 Avqust 2017 12:11

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ailəsi ilə birlikdə Macarıstana gəlib. O, bu barədə özünün Facebook səhifəsində yazıb.

Maskalı şəxslər inkassatora hücum etdilər: bank işçiləri yaralandılar

11 Avqust 2017 12:10

Türkiyənin Hatay rayonunda bir bankın inkassatoruna maskalı iki şəxs silahla hücum edib.Silahlı hücum zamanı iki bank işçisi yaralanıb. 

Politoloq: “ABŞ Ermənistanın həm enerji, həm də hərbi müstəqilliyinə çalışır”

11 Avqust 2017 12:06

“ABŞ Ermənistanda yenidən aktivləşir. Aktivləşmə siyasi, iqtisadi və hərbi sahələri əhatə edir”.  Bu fikirlər Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna məxsusdur. Politoloq fikrini əsaslandırmaq üçün Ermənistandakı siyasi mənzərəni şərh edib: “ABŞ-ın Ermənistandakı səfiri R.Millz siyasi partiyalarla mütəmadi görüşür, onlara dəstək vəd verir.

ABŞ Rusiyanı bu yolla SUSDURACAQ

11 Avqust 2017 12:02

Vaşinqton Rusiyadan Birləşmiş Ştatlar ərazisində fəaliyyət göstərən baş konsulluqlardan birini bağlamağı tələb edə bilər. Bu haqda diplomatik mənbələrə istinadən Rusiyanın “Kommersant” nəşri yazıb. 

Gəlin maşını yolu kəsib pul istəyən uşağın üstündən keçdi - VİDEO

11 Avqust 2017 12:00

Bütün Qafqazda olduğu kimi, Dağıstanda da gəlin maşınının yolunu kəsərək, uşaqların “şirinlik” istəməsi adətdir. Kimin cibindən nə çıxırsa, həmin uşaqlara “xərac” verəndən sonra təmtəraqla bəzədilmiş avtomobillər yoluna davam edir. Ötən gün Dağıstanda gəlin maşınının sürücüsü yolu kəsmiş uşaqlara pul verməkdən imtina edərək, toya “pulsuz” çatmaq istəyib. Lakin yolu kəsmiş uşaqlardan biri çox inad edib və sürücü gözlənilmədən avtomobili onun üstünə sürüb. Avtomobil oğlanın üstündən keçib. 

Kvanç Tatlıtuğ ölümdən döndü

11 Avqust 2017 11:56

Türkiyənin məşhur siması Kvanç Tatlıtuğ Bodrumda istirahəti zamanı faciə yaşayıb. Aktyor qayığından sahildə dayanan birinə zibil paketi verərkən ayağı sürüşüb və dənizə yıxılıb. O, qayığın pərvanəsinə yaxın məsafəyə düşüb.

Qoruq İdarəsi: İçərişəhərdə 80-dək binanın qəzalılıq vəziyyəti aradan qaldırılıb

11 Avqust 2017 11:53

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir, qəzalı binaların davamlı monitorinqi aparılır. Belə binaların sakinləri və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etmək və zərurət yarandıqda, müvafiq tədbirlər görməyə imkan yaradır. Son bir neçə il ərzində İçərişəhərdə 80-ə qədər qəzalı vəziyyətdə olan binaların qəzalılıq vəziyyəti qabaqlayıcı tədbirlər nəticəsində aradan qaldırılıb”.

İbrahimoviç seçim qarşısında: "Milan" da onu istəyir

11 Avqust 2017 11:49

Heyətinə xeyli sayda yeni futbolçu qatan "Milan" bununla kifayətlənmək fikrində deyil. "Rossonyerlər"in növbəti hədəfi Zlatan İbrahimoviçdi.  35 yaşlı forvardla danışıqlara start verilib. Hazırda zədəsini sağaltmaqla məşğul olan isveçli futbolçunun hansı qərar verəcəyi maraqla gözlənilir. İbrahimoviçin son komandası "Mançester Yunayted"ə qayıtmaq variantı da var.

Oğlumuz qatil olmasın deyə...

11 Avqust 2017 11:47

Bir neçə gün əvvəl 2 yaş 4 aylıq oğlum oyun oynayırdı, mən də sakitcə onu müşahidə edirdim. Gördüm ki, kuklalarını çimizdirir, sonra da sudan çıxarır, öpüb yerə qoyur. Sevindim, çox sevindim. Bütün çabam bundan ötrüdür, onun ürəyinin sevgiylə döyünməsi, insanlara qucaq açması, onları sevməsi, öpməsi... Böyüyüb yaşa dolanda övladımın içində zorakı bir insan görmək istəmirəm.