Gündəm
Şok kadrlar: killer bərbərxanada güllələndi - VİDEO
Şimali və Cənubi Amerikaların ən qəddar, genişmiqyaslı və təhlükəli mütəşəkkil cinayətkar qruplaşmaları olan "Mara Salvatruça" (M13) və "Los-Zetas" arasındakı toqquşmalar səngimək bilmir. Bu qarşıdurmanın növbəti qurbanı Oskar Martin Mendosa Barrero olub.
Həmsədr: “Ümid edirəm ki, prezidentlərin növbəti görüşündə müəyyən addımların atıldığı elan ediləcək”
“Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər”.
Məşhur jurnalistin ailəsində itki
Tanınmış hərbi jurnalist Rahib Qəribin həyat yoldaşı vəfat edib. “Olaylar” bildirir ki, müharibə veteranı olan jurnalistin həyat yoldaşı uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Rahib Qəribin 3 övladı var.
22 şübhəli İŞİD – çi saxlanıldı
Türkiyənin Elazığda vilayətində təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib. “Olaylar” bildirir ki, əməliyyat zamanı 22 nəfər saxlanıldı. Saxlanılanların İŞİD terror təşkiltı ilə əlaqəli olmaqda şübhəli bilinirlər. Saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
7 aylıq uşaq öldü – Qatil QARĞADI
Misirin İsgəndiriyyə şəhərində qarğa 7 aylıq uşağın ölümünə səbəb olub. “Olaylar” bildirir ki, Təhlükəsizlik Müdirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, eyvandan otağa daxil olan qarğa 7 aylıq Ademin boğaz hissəsindən ağır yaralayıb. Dərhal xəstəxanaya yerləşdirilən uşağın həyatını xilas etmək mümükün olmyıb.
Həbsxanasında mübahisə - 9 ölü
Meksikanın Tamaulipas əyalətində yerləşən həbsxanada mübahisə baş verib. “Olaylar” bildiri ki, mübahisə nəticəsində 9 məhbus həlak olub, 11 – i yaralanıb. Rəsmiləri məlumatında qeyd olunur ki, düşmən iki qrup arasında baş verən mübahisədə məhbuslar bir – birlərinə qarşı çubuq və daşlarla mübarizə aparıblar. Həbsxana nəzarətçiləri vəziyyəti nəzarətə altına almaq üçün atəş açıblar.
8-ci “Mobillik qrantı”nın nəticələri elan olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2017-ci ildə elan edilmiş 8-cı “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a verilən məlumata görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə üç məsləhət seminarı təşkil edib.
Siyavuş Novruzov: “Hazırda 21 təşkilatımızda konfransların keçirilməsinə hazırlıqlar davam edir”
"YAP-ın rayon təşkilatlarının hesabat seçki konfransları 5 ildən bir keçirilir.Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkialtı var. Onun artıq 63-də bu konfranslar keçirilib. Hazırda 21 təşkilatımızda bu konfransların keçirilməsinə hazırlıqlar davam edir”. “OLAYLAR”-ın yap.org.az bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.
“Hər bir millət vəkili..”
“Milli Məclis deputatının etik davranış qaydaları haqqında Qanun parlamentin fəaliyyəti ilə bağlı əhəmiyyətli bir neçə qanunlardan biridir və hər bir millət vəkili bu Qanunun tələbləri və müddəaları ilə yaxından tanış olmalıdır”.
TANAP-ın dəniz hissəsinin tikintisinə BAŞLANILDI
Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) dəniz hissəsinin tikintisi çərçivəsində Asiya və Avropa qitələrində sahil boyu xəndəklər qazılıb.
Azərbaycanda isti havalardan sonra quraqlıq gözlənilirmi?
Azərbaycanda havaların həddən artıq isti keçməsi ilə əlaqədar ölkə ərazisindəki çaylarda quraqlığın yaranması gözlənilmir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib. A.Verdiyev bildirib ki, son günlərdə ölkədə hava şəraitinin isti keçməsi və buxarlanmanın olması çaylara, xüsusən də dağ çaylarına öz təsirini göstərib: “Azərbaycanda bu cür hallar olub, 2014-cü ildə, ondan əvvəllər də belə hadisələr olub, ancaq artıq bu gün və sabah hava şəraitinin nisbətən yağıntılı keçməsi ilə əlaqədar çaylarda sululuğun artımı gözlənilir”.
ABŞ Rusiyanın ölkədəki baş konsulluqlarından birini bağlaya bilər
ABŞ hökuməti Rusiyadan ölkədəki baş konsulluqlarından birini bağlamağı tələb edə bilər, müvafiq qərar sentyabrın 1-dək elan edilə bilər. Bu barədə “Kommersant” diplomatik mənbələrə istinadən məlumat yayıb. Bu addımın Rusiyanın ABŞ-ın diplomatik missiyasının azaldılmasına cavab olaraq atılacağı bildirilir. Nəşr qeyd edir ki, hazırda ABŞ-ın Rusiyanın üç şəhərində - Sankt Peterburq, Yekaterinburq və Vladivostokda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın isə ABŞ-ın dörd şəhərində - Nyu York, San Fransisko, Sietl və Hyustonda baş konsulluğu fəaliyyət göstərir. Rusiyanın hansı baş konsulluğunun bağlanacağı barədə məlumat verilmir.
Tramp: "İran nüvə sazişini pozur"
"İran nüvə proqramı üzrə bağlanmış sazişə uyğun hərəkət etmir". Bunu ABŞ prezidenti Donald Tramp deyib. İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.
Ulduz modelin keçmiş sevgilisi homoseksual çıxdı
Yay boyu birlikdə istirahət edən Adriana Lima və türk yazar Metin Haranın münasibətləri gündəmdən düşmür. Cütlük son dəfə Adriananın xəyanət iddiaları ilə gündəmə gəlmişdi. Belə ki, Adriana Lima Amerikaya geri qayıtdıqdan sonra keçmiş sevgilisini evinə dəvət etmiş və instaqram hesabından olduqca səmimi fotolar paylaşmışdı.
Bir həftəyə SON DÖYÜŞLƏR BAŞLAYIR: düşmənin xain planı ÜZƏ ÇIXDI
Türkiyənin Suriyanın Afrin bölqəsində əməliyyata hazırlaşması ABŞ və onun kimayə etdiyi PYD-ni (PKK terror təşkilatının Suriya qolu) təlaşa salıb. İŞİD terror təşkilatını bəhanə edərək Suriyanın şimalını PKK-ya təslim edən ABŞ indi də “Əl-Qaidə”yə hücum adı ilə İdlibi işğal etməyə hazırlaşır. Suriyanın şimalında dövlət qurulması üçün PYD-yə 3 ayda 1100 TIR silah-sursat göndərən ABŞ PYD-nin nəzarətindəki Afrinin cənubunda yerləşən İdlibə hücum planı hazırlayır.














