Gündəm
Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - ŞOK Təfərrüatlar
Türkiyədə dünyası dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatındadır. Bu barədə aktrisanın xalası qızı Rübabə Səfərova açıqlama verib. Onun sözlərinə görə, Mila Əminənin yenidən həyata qayıtması üçün möcüzə gözləyirlər: "İki həftədir ki komada olan xalamqızı dünən səhər kliniki ölüm keçirib. Hazırda süni nəfəs aparatındadır.
Məşhur aktyor vəfat etdi
Məşhur türkiyəli aktyor Seyfəddin Karadayı vəfat edib. “Olaylar” bildirir ki, Kemal Sunalla birgə 12 filmdə çəkilən aktyor, ümumilikdə 750 – dən çox filmdə rol alıb. Karadayının 94 yaşında beyindaxili qanamadan vəfat etdiyi bildirilir.
Canlı aləmin qorunması üçün -“Canlı Aləm və Etika”
Avqustun 11 –də Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Fotoqraflar Birliyinin dəstəyi ilə “Canlı Aləm və Etika” adlı mətbuat konfransı keçiriləcək. Birlikdən “Olaylar” – a bildirirlir ki, məqsəd : Ətraf mühit, canlı aləmin qorunmasi hər hansı iş fəaliyyəti sahəsi kimi deyil, hər birimizin ən azından öz həyatımızın davamı naminə məsuliyyətimiz, həyat qarşısında insani borcumuzdur. Konfransda Dövlət Qeydiyyatından keçmiş, Heyvanlar Aləminin mühafizəsi sahəsində məsul və fəal olan təşkilatların Koalisiyası: Heyvanların Mühafizəsi Azərbaycan Cəmiyyəti, “Evsiz Heyvanların Müdafiəsi” Cəmiyyəti, “Alyans” Canlı Aləmin Mühafizəsi Cəmiyyəti və digərlər iştirak edəcəklər.
Gənc aktrisa vəfat etdi
Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib. Sosial şəbəkədə aktrisanın dostlarının verdiyi məlumata görə 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib. Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib: "Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar".
Bakıda iri ticarət obyektində yanğın olub - YENİLƏNİB
Yanğın bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərdiyi birmərtəbəli binada baş verib. Nəticədə binanın dam örtüyü yanıb. Dövlət Yanğından Mühafizə Xidməti рadisə yerində qərargah yaradılıb. Hal-hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Yanğının baş vermə səbəbləri araşdırılır.
1550 manat cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Xaçmaz rayon sakini Telman Quliyev tərəfindən Əhmədoba kənd ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. "olaylar"bildirir ki, şikayət Nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı 28-32 sm diametrliyində yaşköküstə 2 ədəd qovaq ağacının qanunsuz olaraq kəsildiyi aşkar edilib.
“Kuklalar” “YARAT” - da nümayiş olunacaq
Avqustun 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi nümayiş etdiriləcək. "Olaylar" bildirir ki, ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyev olan ekran əsərində hadisələr keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində altı gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verir.
Şikayət təsdiqini tapmadı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Salyan rayonu Qarabağlı kənd sakini Hüseyn Mustafayev tərəfindən kənd ərazisində yerləşən istixanalardan çıxarılan tullantıların yandırılması və kəskin iyin yayılması ilə bağlı şikayət daxil olub. Nazirlikdən "Olaylar" - a bildirilib ki, şikayət Nazirliyin əməkdaşları və Qarabağlı bələdiyyə nümayəndəsinin iştirakı ilə yerində araşdırılıb. Araşdırmada iştirak etmək üçün şikayətçi H.Mustafayevlə əlaqə saxlanılıb, lakin o, iştirakdan imtina edib.
Çin azərbaycanlı tələbələrin gözü ilə
Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çin azərbaycanlı tələbələrin gözü ilə” adlı tədbir keçirilib. Universitetdən "Olaylar"- a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin cəmiyyətinin psixologiyasının formalaşmasının xüsusiyyətləri, çinlilərin düşüncələrində konfutsiçiliyin və ənənələrin rolundan söz açıb. R.Abbasov “Çin arzusu” ideoloji konsepsiyası haqqında da danışıb. O, bildirib ki, bu konsepsiya Çində milli dirçəliş və ədalətli cəmiyyət quruculuğu barədə çoxəsrlik fikirləri əks etdirir. R.Abbasovun sözlərinə görə, bu konsepsiyanın əsasında milli vətənpərvərlik ruhu və islahatlar dayanır.
Tarixdə 4-cü nəticə
Azərbaycan millisi FİFA reytinqində 79-cu pillədə qərarlaşıb. Yığmamız bununla da tarixinin 4-cü göstəricisinə imza atıb. Belə ki, komandamız FİFA reytinqinin 23 illik tarixində yalnız 3 dəfə daha yüksək pillədə qərarlaşıb. Sonuncu belə uğurumuz cəmi iki ay öncə yaşanıb. Bu ayın iyununda Robert Prosineçkinin yetirmələri planetin 76-cısı idi. Ardınca 80-ci pilləyə yuvarlanan komandamız 1 addımlıq irəliləyişə nail olub. Millimizin tarixində ən yüksək nəticə isə 73-cü pillədi. Komandamız 2013-cü il iyul və avqust aylarında 73-cü sırada qərarlaşmışdı.
Üzərkən qulağınıza su dolub? – BELƏ TƏMİZLƏYİN
Qulağa su dolması, üzməyi sevən bir çox insanın tez-tez başına gələn bir hadisədir. Üzərkən qulağın suyun içinə girməsi normal haldır və bu zaman qulağa bir qədər su dolması qaçınılmaz olur.
Mixəyin MÖCÜZƏVİ FAYDASI: hər gün mixək çeynəsəniz NƏ BAŞ VERƏR?
Mixəyin sonsuz faydalarına dair Çin təbabətində geniş məlumat var. Çinlilər bu möcüzəvi ədviyyatı süfrələrindən əskik etmirlər. Mixək öz unikal xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin dərmanı sayıla bilər. Onun tərkibində A, B, C, E vitaminlər qrupu, efir yağları, yağ turşuları, eləcə də müxtəlif minerallar var.
Çin dünyada ilk dəfə məlumatların peykdən Yer kürəsinə təhlükəsiz ötürülməsini həyata keçirib
Çin mütəxəssisləri dünyada ilk dəfə "Mo-Szı" adlı peykdən Yer kürəsinə kvant şifrələmənin köməyi ilə məlumatların təhlükəsiz və uğurla ötürülməsini həyata keçirməyə nail olublar.
Kiberidman Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilə bilər
Kiberidman 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilə bilər. Bu barədə Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsinin rəhbəri Toni Estanquet “Associated Press”ə açıqlama verib.
“Android” əməliyyat sistemində 10 kritik boşluq aradan qaldırılıb
“Google” şirkəti 12 kritik boşluğu aradan qaldıran təhlükəsizlik yeniləməsini təqdim edib. Bu yeniləmə “MediaServer”, “AudioServer”, “CameraServer”, müxtəlif kitabxanalarda ümumilikdə 51 boşluğu aradan qaldırır. Məlumata görə, ən təhlükəli boşluqlar yüksək imtiyaza sahib proses kontekstində ixtiyari kodu yerinə yetirməyə imkan verib.













