Kiberidman Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilə bilər

Kiberidman 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilə bilər. Bu barədə Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsinin rəhbəri Toni Estanquet “Associated Press”ə açıqlama verib.

Kiberidman 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilə bilər. Bu barədə Parisdə keçiriləcək Oyunların Təşkilat Komitəsinin rəhbəri Toni Estanquet "Associated Press"ə açıqlama verib. O bildirib ki, bunun üçün kiberidman nümayəndələri və Beynəlxalq Olimpiya Komitəsi (BOK) arasında danışıqlar aparılacaq. O izah edib ki, belə imkandan dərhal imtina etmək istəmir, kiberidman və BOK arasında körpü qurmağa cəhd göstərməyi təklif edir. 2024-cü il Yay Olimpiya Oyunlarının proqramı 2019-cu ildə müəyyənləşdiriləcək, lakin BOK yekun qərarı Tokio-2020-dən sonra təsdiqləyəcək.   "ICTnews" Elektron Xəbər Xidməti gazeta.ru saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31