Ulduz modelin keçmiş sevgilisi homoseksual çıxdı

Yay boyu birlikdə istirahət edən Adriana Lima və türk yazar Metin Haranın münasibətləri gündəmdən düşmür. Cütlük son dəfə Adriananın xəyanət iddiaları ilə gündəmə gəlmişdi. Belə ki, Adriana Lima Amerikaya geri qayıtdıqdan sonra keçmiş sevgilisini evinə dəvət etmiş və instaqram hesabından olduqca səmimi fotolar paylaşmışdı. 

Yay boyu birlikdə istirahət edən Adriana Lima və türk yazar Metin Haranın münasibətləri gündəmdən düşmür. Cütlük son dəfə Adriananın xəyanət iddiaları ilə gündəmə gəlmişdi. Belə ki, Adriana Lima Amerikaya geri qayıtdıqdan sonra keçmiş sevgilisini evinə dəvət etmiş və instaqram hesabından olduqca səmimi fotolar paylaşmışdı. Daha sonra Metin Haranın istəyi üzərinə fotonu silən Adriana keçmiş sevgilisi ilə dostluq münasibətlərinin qaldığını, Metinə sədaqətinin sonsuz olduğunu bildirib. Model keçmiş sevgilisi Miltiadis Kastanisin homoseksual olduğunu qeyd edib. Bununla da Adriana haqqında çıxan söz-söhbətlərə son qoyub: "Türkiyəyə aşiq olmaq səbəbim bu ölkədən və insanlarından böyük sevgi görməyimdir. Mənim və Metinin özəl həyatına sayğı göstərməyinizi rica edirəm.

Saxta xəbərlər yazmaqdan əl çəkin. Bu proses Metinlə münasibətlərimin başlamasından bəri davam edir. Sizdən tək ricam xoşbəxt olduğumuzu və eşq yaşadığımızı qəbul etməyinizdir. Sizə olan sevgim dəyişmədi. Anlayışınız üçün təşəkkür edirəm. Türkiyəyə qayıtmaq üçün səbrsizlənirəm". Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31