8-ci “Mobillik qrantı”nın nəticələri elan olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2017-ci ildə elan edilmiş 8-cı “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan olunub. Fondun mətbuat xidmətindən “OLAYLAR”-a verilən məlumata görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə üç məsləhət seminarı təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən və 2017-ci ildə elan edilmiş 8-cı "Mobillik qrantı" müsabiqəsinin nəticələri elan olunub. Fondun mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, müsabiqə müddətində Elmin İnkişafı Fondu qrant iddiaçılarına kömək məqsədilə üç məsləhət seminarı təşkil edib. Müsabiqəyə daxil olmuş 25 layihə elmi ekspertiza mərhələsinə buraxılıb.

Qeyd olunmalıdır ki, 8-ci "Mobillik qrantı" müsabiqəsinə layihələr alimlər tərəfindən bu dəfə "online" şəklidə, Fondun innovativ texnologiyası olan və ASAN imzanın inteqrasiya edildiyi "e-Qrant" - "Qrant layihələrinin elektron idarəolunması sistemi" vasitəsilə təqdim olunub. Nəticələr Fondun Himayədarlar Şurası tərəfindən təsdiq edildikdən sonra 8-ci "Mobillik qrantı" müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 92000 manat olan 17 qalib layihə müəyyənləşdirilib. 8-ci "Mobillik qrantı" müsabiqəsində qalib olan layihələrdən 8-ı xaricdə qısamüddətli elmi təcrübəkeçmə ilə (QMTK), 9-u isə xaricdə elmi tədbirdə iştirakla (XETİ) bağlı layihələrdir. Qaliblərdən 8-i qadındır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31