Gündəm
DİN həkim-ginekoloq axtarır
Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 10 həkim vəzifəsində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində 1 həkim-endokrinoloq, 1 həkim-laborant, 2 həkim-pulmanoloq, 1 həkim-ginekoloq, 1 həkim-terapevt, 1 həkim-uroloq, 1 həkim-otolorinqoloq, 1 həkim-psixonevroloq və 1 həkim-psixiatr, ümumilikdə vakant olan 10 vəzifə üzrə xidmətə qəbulla bağlı elan olunmuş müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Balaxanı-Binəqədi yolunun bir hissəsi 4 gün bağlı olacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı- Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti 15 avqust tarixindən etibarən qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub.
Heroin alverçiləri yaxalandılar
Bakıda heroin alveri ilə məşğul olan şəxslər yaxalanıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Seyran Şahbazov və Həbib İbrahimovdan müvafiq olaraq 705 qram və 305,11 qram heroin götürülüb.
Xadimənin əl-ayağını bağlayıb seyfi qarət etdilər
Bakıda evlərdən birindən quldurluq yolu ilə külli məbləğdə pul, qızıl əşyalar və tüfəng aparmaqda şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75 000 manat, 11 000 ABŞ dolları, 200 000 manat dəyərində qızıl əşyalar və “Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev saxlanılıb. Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.
5 sinif yoldaşının zorladığı qızdan dəhşətli açıqlamalar - Anasına “qızını öldür” deyiblər…
Bir müddət bundan əvvəl Beyləqanda orta məktəb şagirdinin 5 nəfər həmkəndlisi tərəfindən zorlanması və hadisənin videoya çəkilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Bakıda “London Taxi”si qaçırıldı
Bakıda “London Taxi” markalı avtomobili qaçırılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 11-də Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən Cəbrayıl rayon sakini Allahyar Hüseynovun idarə etdiyi “London Taxi” markalı avtomobili qaçırılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Pölis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rantik Quliyev tutulub, avtomobil Baksol yaşayış sahəsində tapılıb.
Yunanıstanda dəhşətli YANĞIN
Yunanıstanın ən məşhur turizm məntəqələrindən biri Kalamosda güclü yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, böyük sahəyə malik meşənin artıq kül olduğu bildirilir. Yunanıstan rəsmiləri digər meşə sahələrinə keçid alan yanğını nəzarətə almaqda çətinlik çəkdiklərini açıqlayıblar.
Şərəfli ölüm arzulayan Milli Qəhrəman
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği” layihəsi çərçivəsində aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Samid Gülağa oğlu İmanovun ailəsini ziyarət edib.
Azərbaycanın beynəlxalq aləmdə tanıdılması üçün daha bir imkan
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu dünya ölkələrinin, eləcə də beynəlxalq təşkilatların diqqətindən kənarda qalmayıb. Ölkənin social-iqtisadi inkişafı, təhlükəsiz həyat şəraitin mövcudluğu, xüsusən beynəlxalq tədbirlərin təşkili baxımdan təcrübəsi diqqəti cəllb edib. Elə bu səbədən də Azərbaycan ən müxtəlif beynəlıxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir.
Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına çevrilir
Azərbaycanda bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də həyata keçirilən uğurlu siyasət ölkəmizin regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə təkan verən amillərdəndir. Xüsusilə, son 14 il ərzində bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir. Ümummilli lider Heydər Əliyevin zamanında həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət kursunun günümüzdə uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda dünya ölkələri Azərbaycanla əməkdaşlığa, ikitərəfli münasibətlərə xüsusi önəm verir. Müntəzəm olaraq müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin Azərbaycana səfərləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəsmi və dövlət səfərlərinə dəvət edilməsi də məhz Bakıya olan marağın göstəricisidir.
Moskvada terror aktları planlaşdıran şəxslər saxlanılıb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada terror aktları həyata keçirməyi planlaşdıran qruplaşma üzvlərini saxlayıb. Bu qruplaşmaya 1 Rusiya vətəndaşı və 3 Mərkəzi Asiya ölkələri vətəndaşı daxil olub.
Çində yağışlar kəsmir - 48 mindən çox adam təxliyə edildi
Çinin mərkəzi Xunan vilayətinə yağan aramsız yağışlar yerli hakimiyyəti 48 mindən çox adamı təxliyə etməyə məcbur edib. Son 3 gündə bu ərazilərdə kəskin hava şəritindən təxminən 530 min adam ziyan çəkib, 3 nəfər ölüb, 1 nəfər itkin düşüb.
Rəqs edən insanlar niyə QOCALMIR? - BEYİN ÜZƏRİNDƏ MÜDHİŞ TƏSİRİ
Rəqs edən insanların beyni daha yaxşı işləyir və sağlam olur. Rəqsin beyinə təsiri haqqında yeni faktlar ortaya çıxıb. Məlum olub ki, rəqs sadəcə əyləncə növü deyil. Rəqs həm bədənə, həm də beyinə müsbət təsir göstərir. Yeni tədqiqatlar göstərib ki, rəqslə nevroloji sağlamlıq arasında əlaqə var.
Yardımlını şoka salan hadisə - İnsan cadudan ölə bilərmi?
Xəbər verdiyimiz kimi, Yardımlıda evindən cadu tapan qadın 8 gün sonra yatağa düşüb, 3 ay sonra isə dünyasını dəyişib. Ailə qadının cadudan öldüyünü iddia edir.
Ramil Quliyev Ərdoğanla görüşəcək -
Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatında Türkiyəni təmsil edən və dünya çempionu adına layiq görülən həmyerlimiz Ramil Quliyevin qələbəsi günlərdir mediada geniş müzakirələrə səbəb olub. Hər iki ölkənin dövlət başçısı qələbə münasibəti ilə Ramili təbrik edib.














