Gündəm

Moldova prezidenti: Ölkə heç bir hərbi bloka daxil olmayacaq

14 Avqust 2017 16:04

Moldova Prezidenti İqor Dodon respublikanın hərbi bloklara daxil olmasına icazə verməyəcək. Bunu Moldova prezidenti hərbi poliqonların birinə səfəri zamanı deyib. O vurğulayıb ki, Moldova istər NATO, istərsə də digər blokların heç birinə üzv olmamalıdır.

6 ayda 348 nəfər onlayn bilet xidmətindən istifadə edib

14 Avqust 2017 15:58

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin onlayn bilet xidmətindən cari ilin yanvar-iyul ayları ərzində 348 nəfər istifadə edib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə,  Alınan biletlərin 169-u ikitərəfli olub. Ümumiyyətlə, online bilet satışı sisteminin işə düşdüyü dövrdən indiyədək 456 bilet satılıb. Bu biletlərdən 244-ü ikitərəfli alınıb.

“Neft Daşları”nda yeni quyu istismara verilib

14 Avqust 2017 15:55

“Azneft” İstehsalat Birliyi tərəfindən hasilat quyularının qazılması istiqamətində işlər uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağında yerləşən 1954A saylı estakadayanı meydançadan 2686 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 1219-1211 metr dərinlikdən sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir

Azərbaycanda məzhəblər arasında vəhdət mövcuddur

14 Avqust 2017 15:53

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə,  tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzunun əhəmiyyətindən danışıb. Natiq İslamın sülh, əmin-amanlıq, birlik və bərabərlik dini olması, bu barədə məlumatlar müqəddəs dinimizin qayəsinin və mahiyyətinin məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırıb. R. Rəhimli eyni zamanda, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsini İslam dünyasının həmrəyliyinə verilən böyük önəmin göstəricisi olduğunu vurğulayıb.

Səyyar ASAN qatar Şabranda

14 Avqust 2017 15:50

Səyyar ASAN qatar 14 – 28 avqust tarixində Şabran rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək. ASAN xidmətdən “Olaylar” – a bildirilib ki, bundan başqa Səyyar ASAN xidmət avqustun 31-nə kimi Zaqatala rayonunda vətəndaşlara səyyar formada xidmətini davam etdirəcək.

Kiçik dövlət müəssisələri torpaq sahəsi ilə birgə özəlləşdiriləcək

14 Avqust 2017 15:46

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 sentyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 139 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-i səhmdar cəmiyyəti, 35-i kiçik dövlət müəssisə və obyekti, 84-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Külli miqdarda qanunsuz siqaret aşkar edilib

14 Avqust 2017 15:44

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına yüksüz gedən Türkiyə Respublikası vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "VOLVO" markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanmış, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçirmişlər.

Xaçmaz sakini göldə batıb

14 Avqust 2017 15:42

Xaçmazda bir nəfər göldə batıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Moruqoba kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanıb. Əlavə məlumat veriləcək.

Aydın Mirzəzadə: “Azərbaycanda Skaut hərəkatının böyük tarixi vardır”

14 Avqust 2017 15:40

“7-10-da Qəbələ şəhərində 13-cü Dünya Skaut Gənclər Forumu keçirildi, avqustun 14-18-də isə Bakıda 41-ci Dünya Skaut Konfransı keçiriləcək. Bunun özü birdaha göstərir ki, Azərbaycan bu gün beynəlxalq yarışların mərkəzinə çevrilib. Bunun üçün ötən illər ərzində Azərbaycanda müvafiq infrastruktur yaranıb. Azərbaycanda mötəbər beynəlxalq tədbirlər və idman yarışları keçirilir”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

“Biz gəlirik” - yenilikçi müxalifət dağıdıcılara meydan oxudu- SİYASİ RAKURS

14 Avqust 2017 15:36

Son vaxtlar, xüsusilə axrıncı prezident və parlament seçkilərindən sonra ölkə müxalifətində fəaliyyət göstərən bir çox siyasilər təmsil olunduqları düşərgənin köklü şəkildə yeniləşməsi barədə müxtəlif ideyalarla çıxış edirlər. Hətta bu dövr ərzində özlərini aparıcı müxalifət partiyası qismində təqdim edən AXCP, Müsavat və s. tipli siyasi təşkilatlarda ciddi böhranlar yaşandı, parçalanmalar baş verdi, hətta yeni qurumlar belə yaradıldı.

Raqif Abbasov: “Dünya skautlarının Bakıda toplanması böyük tarixi hadisədir”

14 Avqust 2017 15:32

“Dünya skautlarının Bakıda toplanması böyük tarixi hadisədir. Azərbaycanda keçirilən Dünya Skaut Gənclər Forumu və Dünya Skaut Konfransına rekord sayda ölkə və iştirakçı qatılıb. Bu isə o ölkələrin mətbuatlarının Azərbaycan haqda geniş materiallar hazırlayacağı deməkdir”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Maydan Pxenyana niyə faydalı oldu? - Koreya böhranında sirr pərdəsi AÇILIR

14 Avqust 2017 15:29

Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib. Bu haqda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən “New York Times” nəşri yazıb. Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp Pxenyana lazımı dəstək göstərə biləcək Çinə xüsusi diqqət yetirirdi və heç vaxt Ukrayna ilə Rusiyanı ittiham etmirdi. ABŞ-ın dövlət katibi Reks Tillerson Pxenyana Moskva və Pekinin iqtisadi dəstəyi haqqında danışsa da, Kiyevin adını çəkməmişdi.

Göyçə gölündə Rusiya hərbçisi batıb

14 Avqust 2017 15:27

Ermənistandakı Rusiya hərbi bazasında xidmət edən hərbçi Göyçə gölündə batıb. Hadisə avqustun 13-də baş verib. 1997-ci il təvəllüdlü hərbçi öz yoldaşları ilə birlikdə Göyçə gölünə istirahətə gedib.

Saakaşvili planlarını 16 avqustda açıqlayacaq

14 Avqust 2017 15:24

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın xilası üçün yeni proqram açıqlayacağını deyib. Saakaşvili avqustun 16-da Ukraynanın ukraynalılara qaytarılması üçün yeni planını açıqlayacağını deyib.

"Lotu Yunus" xəstəxanaya aparıldı - VƏZİYYƏTİ AĞIRDIR

14 Avqust 2017 15:21

Bir neçə gün əvvəl Rusiyanın Ulyanovsk şəhərində polis tərəfindən saxlanılan azərbaycanlı "qanuni oğru" Yunus Novruzovun səhhətində ciddi problemlər yaranıb. "Qanuni oğru"nun yaxınlarının verdiyi məlumata görə, Rusiyanın Ulyanovsk şəhərində müailicə olunuan ''Lotu Yunus''un vəziyyəti qəfil pisləşib və xəstəxanaya yerləşidirilib. Hazırda o, reanimasiyada ciddi nəzarət altındadır.