Gündəm
Koçaryan: "Azərbaycanın Türkiyəsi var, Ermənistanın bu cür müttəfiqi yoxdur"
Türkiyə Ermənistana silah satmır və onu silahlandırmır, Rusiya isə bunu edir. Türkiyənin Azərbaycanı silahlandırması mövzusunu şərh edərkən "Azadlıq" radiosunun erməni xidmətinə bunları Ermənistan xarici işlər nazirinin müaviniŞavarş Koçaryan deyib.
“Burada ətçəkən olacaq" - Məğlubiyyət üçün DÖRD FAKTOR
Ukrayna sərhədlərinin yaxınlığında Rusiya ordusunun konsentrasiyası Kiyevin narahatlığına səbəb olur. Kiyevdə hesab edirlər ki, Rusiya Ukraynada siyasi vəziyyətə təsirin əsas amili kimi müharibəyə və müdaxiləyə baxmaqda davam edir. Hərbi ekspert Yuri Butusov fərqli düşünür.
Rusiyada ən çox qazanan azərbaycanlılardır
Rusiyada miqrantların sayı azalıb və onlar indi daha çox leqal əməklə məşğul olur və yerli sakinlərin tənəli baxışlarına az rast gəlirlər. Rusiyada yaşayan əcnəbilər arasında ən çox qazanan azərbaycanlılardır. Bu ilin fevral-mart aylarında Ali İqtisad Məktəbinin sifarişi ilə Etnosiyasi və Regional Tədqiqatlar Mərkəzinin MDB ölkələrini və Gürcüstanı təmsil edən miqrantlar arasında keçirdiyi sorğu göstərib ki, gəlmələrin 70%-dən çoxu Rusiyada tam qanuni əsaslarla çalışır.
Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi - ŞOK HADİSƏ
Avropada çox qəribə hadisə baş verib. Dəfn edildikdən sonra dirilən qız öz yas mərasiminə gəlib. Qız paltar tikməklə məşğul olanda adəti üzrə düymənin birini ağzında saxlayıb. Tikişlə məşğul olan qız dodaqaltı mahnı oxuyur və anasının suallarına cavab verirmiş. Qəflətən dərindən nəfəs alan qızın havası çatmayıb. Onun boğazı qovuşub və öskürməyə başlayıb. Doğmaları nə baş verdiyini anlamadıqları üçün panikaya düşüblər. Qızın ürəyi dayanıb və nəfəs almayıb. Tikiş alətlərini və ətrafa səpələnmiş düymələri görən ailə üzvləri nə baş verdiyini anlayıblar.
"Təfəkkür" Universitetinin aqibəti necə olacaq?
Cari ildə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilən "Abituriyent" jurnalının sonuncu nömrəsində ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl ali təhsil müəssisələrinin adları yer alsa da, "Təfəkkür" universitetinin adı göstərilməyib. Əldə etdiyimiz məlumata görə, universitetə tələbə qəbulun aparılmaması ilə yanaşı, hazırda orada təhsil alan tələbələrinin bir qismi öz universitetlərini dəyişdirmək istəyirlər.
XİN rəsmisi Çexiya dövlət katibini qəbul edib
Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Çex Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşeki qəbul edilib. XİN-dən “Olaylar”a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.
Dövlət fikir və söz azadlığının qarantıdır
Azərbaycan mətbuatının şanlı tarixi, zəngin ənənələri var. Milli mətbuatımız 142 ildir ki, cəmiyyəti maarifləndirir, insanları ən son yeniliklərlə tanış edir. Təbii ki, zaman dəyişdikcə mətbuatın da missiyası dəyişir, kütləvi informasiya vasitələri müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra milli mətbuatımız qısa müddət ərzində böyük inkişaf yolu keçdi. Hazırda Azərbaycanda çox güclü media orqanları var.
Aparata qoşulu olan gənc aktrisanın ürəyi dayandı
Azərbaycanlı aktirsa Mila Əminə (Minayə Bayramova) meningit xəstəliyinə görə müalicə almış və uğursuz əməliyyatlardan sonra beyni kliniki ölüm keçirmişdi. Aktrisanın sadəcə ürəyi süni nəfəs aparatı sayəsində həyatda idi.
Bakıda pulsuz "Wi-Fi"dan istifadə edən 500 mininci istifadəçi mükafatlandırıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə pulsuz "Wi-Fi" xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500 000) ötüb.
Evdən 18 min manat pul oğurlayan şəxs tutulub
Salyan rayonunda evdən 18 min manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Xıdırlı kəndi ərazisindəki evlərdən birindən 18 000 manat pul, mobil telefon və 7900 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən kənd sakini Ruslan Abdullayev tutulub.
Zaqatalada 3 otaqlı ev külə dönüb
Zaqatala rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Aşağı Tala kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Otaq yoldaşına xəsarət yetirib aradan çıxdı
Nərimanov rayonu ərazisində kirayədə yaşadığı mənzildə otaq yoldaşına xəsarət yetirən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 13-də saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.
“Ədəbi-elmi portretlər” kitabı nəşr olundu
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Vüqar Əhmədin “Ədəbi-elmi portretlər” kitabı çapdan çıxıb. “Olaylar” bildirir ki, kitabda müəllifin ustad şair Məhəmmədhüseyn Şəhriyar, Hüseyn Cavid, Əliağa Vahid, Seyid Cəfər Pişəvəri, Hacı Mail və başqaları haqqında yazdığı portret–oçerkləri toplanıb. İlk oçerk AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli haqqındadır. Oçerkdə akademik İ.Həbibbəylinin çağdaş ədəbiyyatşünaslıqdakı mövqeyi ilə yanaşı, ictimai xadim kimi xidmətlərindən, elm və təhsilin inkişafı istiqamətində fəaliyyətindən danışılır, bir rəhbər kimi dəyərləri, insani xüsusiyyətləri vurğulanır.
Bərdədə avtomobil piyadanı vurub öldürdü
Bərdə rayonunda avtomobillə adam vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də saat 3.00 radələrində Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.
Payızın Azərbaycana nə vaxt gələcəyi açıqlanıb
Bu il payız fəslinin Azərbaycana nə vaxt gələcəyi açıqlanıb. AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 00:02-də olacaq. Bu tarixdə yay fəsli baş çatacaq, ölkə ərazisinə payız fəsli daxil olacaq: “Qış isə ölkəmizə dekabrın 21-i Bakı vaxtı ilə saat 20.28-də gələcək”.














