Aparata qoşulu olan gənc aktrisanın ürəyi dayandı
Azərbaycanlı aktirsa Mila Əminə (Minayə Bayramova) meningit xəstəliyinə görə müalicə almış və uğursuz əməliyyatlardan sonra beyni kliniki ölüm keçirmişdi. Aktrisanın sadəcə ürəyi süni nəfəs aparatı sayəsində həyatda idi.
14 Avqust 2017 16:25 SosialAzərbaycanlı aktirsa Mila Əminə (Minayə Bayramova) meningit xəstəliyinə görə müalicə almış və uğursuz əməliyyatlardan sonra beyni kliniki ölüm keçirmişdi. Aktrisanın sadəcə ürəyi süni nəfəs aparatı sayəsində həyatda idi. Aktrisanın anası Əminə Bayramovanın verdiyi məlumata görə, bu gün saat 12:00 radələrində Mila Əminənin ürəyi dayanıb. Anası onun orqanlarının digər xəstələrə bağışlanmasına icazə versə də, həkimlər transplantasiya əməliyyatı etməyə gecikiblər.
Qeyd edək ki, aktrisa Mila Əminə İstanbul şəhərində dəfn ediləcək. Publika.az