Gündəm

“Taliban” komandiri öldürüldü - Öz mühafizəçisi tərəfindən

14 Avqust 2017 18:09

Əfqanıstanın Nanqarhar əyalətində “Taliban” terror təşkilatının komandirlərindən biri öz mühafizəçisi tərəfindən öldürülüb. Mühafizəçi onunla yanaşı daha dörd nəfəri qətlə yetirib. Hadisənin səbəbləri və digər təfərrüatları barədə məlumat verilməyib. Polisin bununla bağlı araşdırma apardığı deyilir.

“Azəriqaz”ın şöbə rəisi vəfat edib

14 Avqust 2017 18:07

“Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi Harun Vahabov vəfat edib. Harun Vahabov avqustun 12-də ürəktutmasından vəfat edib. Qeyd edək ki, hadisə H.Vahabov məzuniyyətdə olarkən baş verib. Xatırladaq ki, 1964-cü ildə anadan olan H.Vahabov “Azəriqaz” İB-də müxtəlif vəzifələrdə çalışıb.  

"Sığınacaqda qalan qadınların çox hissəsini Sumqayıtdan olanlar təşkil edir"

14 Avqust 2017 18:04

"Gün ərzində müraciət edən ailələrin heç biri bir-birinə bənzəmir. Son ucu nifrətə, boşanmaya söykənsə də səbəblər müxtəlifdir. Qarşımda ucaboylu başı bağlı iki azyaşlı övladları ilə ağlayaraq dərdini danışan gənc xanım əyləşib. Yoldaşı tərəfindən zülmlərə məruz qalıb. Ən dəhşətlisi isə kişinin seksual manyak olmasıdır. Evə gəlməmişdən öncə mesaj yazır ki, mən gələndə telefonda kişilərlə mesajlaşarsan, bu sözləri yazarsan, mən onda dincəlirəm (etik olmayan ifadələr olduğundan yazılanları qeyd etmirik). Qadın bunları utana-utana danışır, mesajları mənə göstərir. Dəhşətə gəlirəm. Qadın yazır ki, evə soğan-kartof al. O isə əvəzində iyrənc mesajlar yazır. Sonra da bildirir ki, əməl etməsə, onu çölə atacaq."

Füzulidə tank əleyhinə raket və tank mərmisi tapılıb

14 Avqust 2017 17:59

Füzulinin Əhmədbəyli kəndində su kanalına baxış keçirilib. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA)  verilən məlumata görə, baxış zamanı 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 93 mm-lik tank əleyhinə raket (PQ-7VL) və 1 ədəd 100 mm-lik tank mərmisi (OF-15)) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 500 kv.m ərazi yerüstü yoxlanılıb.

Növbəti xəbərdarlıq: Nüvə müharibəsi başlaya bilər

14 Avqust 2017 17:43

Bunu “Märkische Allgemeine Zeitung” nəşrinə müsahibəsində Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Nüvə müharibəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran nazir deyib: “O, istisna deyil.

Lukaşenko rusiyalıları “dəcəllikdə” ittiham etdi

14 Avqust 2017 17:41

Belarus prezidenti Aleksanrd Lukaşenko Rusiyanı sərhəd və gömrük nəzarətinin gücləndirilməsinə görə tənqid edib. Dövlət başçısı bu haqda “Rossiya 24” telekanalına müsahibəsində deyib. “Biz rusiyalılar və beloruslar bərabər hüquqlarla fəxr edirdik. Amma rusiyalılar bu gün sərhəddə dəcəllik etməyə başlayırlar.

Prezident İlham Əliyev mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı sərəncam imzalayıb

14 Avqust 2017 17:39

Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın zəngin və tolerant tarixi irsinin, tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və təbliği üçün ölkədə sistemli fəaliyyət həyata keçirilir.

Messidən "El-klassiko" rekordu

14 Avqust 2017 17:33

İspaniya superkubokunda keçirilən "Barselona" - "Real" oyununda (1:3) Lionel Messi yeni rekord müəyyənləşdirib.  "Barselona"nın qolunu vuran Messi İspaniya futbolunun tarixində yeni rekorda imza atıb. Bu, argentinalının "Real"ın qapısına vurduğu 24-cü qol olub. Buna qədər rekord "Atletiko"nun əfsanəsi Telmo Sarriyə məxsus idi - 23 qol.

Əkbər Qoşalı: ““Ermənistan dövləti” və “pozuculuq” bir-birinə yaraşan sözlərdir”

14 Avqust 2017 17:30

“Ermənistan dövləti” və “pozuculuq” bir-birinə ən çox yaraşan sözlərdir. Ermənistanın dövlət səviyyəsində törətdiyi pozuculuq hərəkətləri (və pozuculuğa xidmət edən hərə¬kətsizlikləri) acizliyin, sağlam mübarizə apara bilməməyin təzahürüdür. Sən həm elan olunmamış müharibə başladasan həm günahı müharibə açdığın ölkənin, xalqın üzərinə yıxasan”. Bunu  Azərbaycanda Atatürk Mərkəzi İctimai-siyasi şöbəsinin müdiri, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı deyib.

Nepalda daşqınlar - 60-dan çox ölü

14 Avqust 2017 17:15

Nepalda aramsız yağan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 66 nəfər həlak olub. Daha 35 nəfər itkin düşmüş hesab edilir. Hazırda bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Azərbaycanla Türkmənistanı dərin tarixi köklər, mənəvi və mədəni dəyərlər birləşdirir

14 Avqust 2017 17:13

«Azərbaycanla Türkmənistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsində və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində hər iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərləri böyük əhəmiyyət daşıyır».”OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə gör,  bu fikri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək\

14 Avqust 2017 17:11

21-24 avqust tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək.

Kreml kəşfiyyat əməliyyatlarını aktivləşdirərək... – Rusiyanın planı AÇIQLANDI

14 Avqust 2017 17:08

ABŞ-ın milli təhlükəsizlik xidmətlərinin əməkdaşları sabiq prezident Barak Obama administrasiyasına Rusiyanın planları barədə xəbərdarlıq edirdilər. Bu haqda bir sıra indiki və keçmiş məmurlara istinadən “Politico” qəzeti yazıb.

Bakıda ərəblər restoranın ALTINI ÜSTÜNƏ ÇEVİRDİ: Gələn hesab GÖRƏNLƏRİ ŞOK ETDİ

14 Avqust 2017 17:02

Ən çox razı qalanlar ise restoran ve kafe sahibləridir desək yanılmarıq. Belə ki, ərəb turistlərin bir oturmada verdikləri hesab çox heyrətlendiricidir. Bu yaxınlarda ərəblər yenə paytaxtdakı kafelərin birində verdikləri hesabla hər kəsi şoka salıb. Belə ki, bir ərəb ailəsi Bakıdakı kafelərin birində etdikləri nahat üçün 1143 manat pul ödəyiblər.  Nahar yemeyinin hesabı üçün kəsilən qəbz sosial şəbəkədə paylaşılıb. Təbii ki, sosial səbəkə istifadəçilərinin də məsələyə münasibəti bir mənalı olmayıb.big.az

Canlı efirdə İNANILMAZ OLAY: it xanım aparıcını... - ANBAAN VİDEO

14 Avqust 2017 16:51

O, canlı efirdə belə bir şeyin baş verəcəyini təxmin etmirdi. Amma özünün itirmədən mətni oxumağa davam etdi. Bu hərəkətilə peşəkar olduğunu bir daha sübut etdi. Hər gün televiziya və radio vasitəsilə günün əsas xəbərləri təqdim olunur. Çox zaman xəbərlər canlı efir vasitəsilə yayımlanır. Məlum məsələdir ki, canlı efir çox məsuliyyətli və təkrarı olmayan prosesir.