Lukaşenko rusiyalıları “dəcəllikdə” ittiham etdi

Belarus prezidenti Aleksanrd Lukaşenko Rusiyanı sərhəd və gömrük nəzarətinin gücləndirilməsinə görə tənqid edib. Dövlət başçısı bu haqda “Rossiya 24” telekanalına müsahibəsində deyib. “Biz rusiyalılar və beloruslar bərabər hüquqlarla fəxr edirdik. Amma rusiyalılar bu gün sərhəddə dəcəllik etməyə başlayırlar.

Belarus prezidenti Aleksanrd Lukaşenko Rusiyanı sərhəd və gömrük nəzarətinin gücləndirilməsinə görə tənqid edib. Dövlət başçısı bu haqda "Rossiya 24" telekanalına müsahibəsində deyib. "Biz rusiyalılar və beloruslar bərabər hüquqlarla fəxr edirdik. Amma rusiyalılar bu gün sərhəddə dəcəllik etməyə başlayırlar. Gömrükçülər malları bloklayır", - Lukaşenko deyib. Prezident həmçinin iddia edib ki, ittifaq dövlətinin yaradılması çərçivəsində Rusiya və Belarus arasındakı münasibətlərdə mənfi dinamika qeyd edilir. İttifaq dövləti Rusiyanın və Belarusun siyasi layihəsidirsə, iştirakçıların dövlət müstəqilliyinin saxlanılması şərtilə vahid siyasi, iqtisadi, hərbi, gömrük, hüquq və valyuta məkanının yaradılmasını nəzərdə tutur. İttifaq dövlətinin yaradılması haqqında müqavilə 1999-cu ildə imzalanıb və 2000-ci ildə qüvvəyə minib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31